Print Version   Download Zip File

AVROPA ÖLKƏSI OLMAQ ARZUSU

VƏ YA AZƏRBAYCANDA DINƏ INANANLARIN İNSAN  HÜQUQLARI VARMI?


DEVAMM
Dini Etiqad və Vicdan Azadlıqlarının
Müdafiə Mərkəzi

2001-ci il

Ünvan: DEVAMM,
Y. Məmmədəliyev küç. 16
Bakı, Azərbaycan
Web: www.devamm.org

* * *

1998-ci ilin may ayında, sifarişləri az qala bütün Avropa dövlətlərində növbə ilə yerləşdirilən ümummilli pasportlar, nəhayət ki, verilməyə başlandı.

Bir çox vətəndaşlar kimi, dinə inanan qadınlar da həmin bu pasportları almaq üçün PİVQİ-yə (daha çox OVİR kimi tanınan) müraciət etdi. Lakin elə ilk etapda absurd bir tələblə - başörtüklərini çıxarmaq tələbi ilə rastlaşdılar. Xanımlar bunu adi bir anlaşılmazlıq hesab edib, OVİR rəhbərliyinə müraciət etdilər. Bu dəfə də, yenə rədd cavabı aldılar. "Axı hətta sovet rejimi belə, bizim dini hisslərimizə daha hörmətlə yanaşırdı və pasportda başıörtülü şəkillərə icazə verirdi" kimi etirazlar  məmurlarda heç bir reaksiyaya səbəb olmurdu.

Konstitusiyada təsbit edilmiş vicdan azadlığı və dini etiqad hüquqlarının pozulması bariz surətdə görünürdü. Belə şəraitdə, Konstitusiyanın zamini kimi, ölkə prezidentinə  müraciət etmək, məntiqi bir addım idi. Tez bir surətdə hüquqları pozulan qadınlar tərəfindən müvafiq xahişnamə tərtib edilərək Prezident Aparatına verildi. Bir müddətdən sonra bürokratik  aparat işə düşərək, məktubu təşkilatdan - təşkilata ötürdü və nəhayət dairə qapandı - məktub OVİR rəisinə çatdı. OVİR rəisi isə şifahi dediyini yazılı formaya saldı.


TAM MƏTN ZİP FİLE-dadır

  

AVROPA ÖLKƏSI OLMAQ ARZUSU


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan