Print Version   Download Zip File

Demokratiya: gediləsi uzun bir yol
demokratiya və antidemokratiya
antologiyası e.ə.430 - b.e.1998

Tərtib edəni: Hikmət Hacızadə
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi
(FAR CENTRE), Bakı, 2001,

ədəbi redaktor: ədalət Tahirzadə;
Azərbaycan türkcəsinə çevirənlər: Akif Nağı, Natiq Səfərov,
Vaqif əlixanlı, Nəsir əhmədli, ədalət Tahirzadə, Arif Tağıyev, Rəsat Həsənov
Bilqisayar təminatı:  Vəfadar Farizoğlu, Etibar Axundov
Bilgisayar operatoru: Nəzakət Muradova;
Rəssamı: ədnan Hacızadə
Korrektoru: Kəmalə Cəfərova

(c)2001 Hikmət Hacızadə


İçindəkilər

 ÖN SÖZ

Antik və Avropa demokratiyası

1. İLK DEMOKRATLAR
 Afinalı Perikl, Qəbirüstü nitq (e.ə. 430-cu il)
 
2. İLK ANTİDEMOKRATLAR
 Afinalı Platon, Demokratiyanın əleyhinə (e.ə. 350-ci il)
 Platonun ideal dövləti
 
3. İLK SİYASİ TəHLİL
 Aristotel, Politika (e.ə. 330)
 
4. İNSAN HAQLARI UĞRUNDA HəRəKATIN İLK UĞURLU ADDIMLARI
 İngilis Azadlıqlarının Böyük Toplusu - Magna Carta (1215)
 
5. İNGİLTəRəDə ÖZÜNÜİFADə AZADLIĞI UĞRUNDA MÜBARİZə
 Con Milton, Areopagitika (1644)
 
6. İNGİLTəRə İNQİLABI
 Levellerlər, Patni mübahisələri (1647)
 
7. İNGİLTəRəDə SEÇKİ HÜQUQUNUN GENİŞLəNMəSİ
 Bill of Rights (1689)
 
8. İCTİMAİ MÜQAVİLə HAQQINDA
 Tomas Hobbs, Leviafan (1651)
 
9. İCTİMAİ MÜQAVİLə HAQQINDA
 Con Lokk,  İdarəçilik haqqında ikinci traktat (1690)
 
10. VİCDAN AZADLIĞI HAQQINDA
 Con Lokk, Dini dözümlülük haqqında məktub (1685)
 
11. HAKİMİYYəTİN BÖLÜNMəSİ HAQQINDA
 Şarl de Monteskyö, İngiltərənin dövlət quruluşu haqqında (1748)
 
12. İCTİMAİ MÜQAVİLə HAQQINDA
 Jan-Jak Russo, İctimai müqavilə haqqında (1762)
 
13. FRANSA İNQİLABI əRəFəSİNDə
 Emmanuel Jozef Siyes, İmtiyazlar haqqında esse (1789)
 
14. FRANSA İNQİLABI Və HÜQUQLAR BəYANNAMəSİ
 İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə (1789)
 
15. FRANSADA Və AVROPADA RESPUBLİKAÇILIQ Və əKSİNQİLAB
 Jozef Ruje de Lil, Marselyoza (1792)
 
16.  İLK MÜHAFİZəKARLAR İLK LİBERALLARA QARŞI
  Edmund Börk, Təbii hüquqlara hücum (1790)
 
17.  SİYASİ HÜQUQLAR ŞəXSİ AZADLIĞI POZANDA
  Bencamin Konstan, Qədim insanların azadlığı (1819)
 
18.  KOMMUNİZM KABUSU
  Karl Marks və Fridrix Engels, Kommunist Partiyasının manifesti (1847)
 
19.  ÇOXLUĞUN TİRANİYASINA QARŞI
  Con Stüart Mill, Azadlıq haqqında (1859)
 
20.  AZəRBAYCANDA LİBERAL İSLAHATLARIN LAYİHəLəRİ
  Axundzadə, İstibdada və mövhumata qarşı (1863-1875)
 
21.  AZADLIQSIZ XOŞBəXTLİK
  Fyodor Dostoyevski, Böyük inkvizitor (1880)
 
22. BəRABəRLİYə QARŞI QİYAM
 Fridrix Nitsşe, Xeyir və şərin o tayında (1886)
 
23. KAPİTALİZM ADAMI, DEMOKRATİYA ADAMI
 Maks Veber, Protestant etikası və kapitalizm ruhu (1905)
 
 
 Amerika təcrübəsi
 
24. İLK AMERİKA KOLONİSTLəRİ Və İLK KONSTİTUSİYALAR
 "Meyflauer" sazişi (1620)
 
25. AMERİKA İNQİLABI. XOŞBəXTLİYə CANATMA HÜQUQU
 İstiqlaliyyət Bəyannaməsi (4 iyul 1776-cı il)
 
26. ABŞ-da DİNİN DÖVLəTDəN AYRILMASI
 Cefferson, Virciniya ştatında dini azadlıq haqqında qanun (1786)
 
27. MəHDUDLAŞDIRILMIŞ HÖKUMəT
 ABŞ Konstitusiyası (1787)
 
28. DEMOKRATİYA DəSTəBAZLİĞIN ÖHDəSİNDəN GəLə BİLəCəKMİ?
 Ceyms Medison, 10 saylı "Federalist" (1787)
 
29. DÜNYADA SÜLH Və QANUNİ YOLLA İLK HAKİMİYYəT DəYİŞİKLİYİ
 Cefferson, İnaqurasiya nitqi (1801)
 
30. ABŞ-ın ALİ MəHKəMəSİNİN KONSTİTUSİYAYA İLK MÜRACİəTİ
 Con Marşall, Marbüri Medisona qarşı (1803)
 
31. AMERİKALILAR Və YERLİ AMERİKALILAR.  QARA TəRLAN
 Qara Tərlan, Təslim nitqi (1832)
 
32. AMERİKA KÖLəLİKLə MÜBARİZə CəMİYYəTİ
 Niyyətlər Bəyannaməsi (1833)
 
33. GəNC AMERİKA AVROPALININ GÖZÜYLə
 Aleksis de Tokvil, Amerikada demokratiya (1835)
 
34. NAMUSSUZ DÖVLəTDə NAMUSLU ADAM
 Henri Devid Toro, Vətəndaş itaətsizliyi (1848)
 
35. ABŞ-da QADIN HAQLARI UĞRUNDA MÜBARİZə
 Seneka Fols Bəyannaməsi (1848)
 
36. KÖLəLİYİN LəĞV OLUNMASI
 Avraam Linkoln, Azadlıq Bəyannaməsi (1863)
 
37. LİNKOLNUN QəBİRÜSTÜ NİTQİ
 Gettisburq müraciəti (1863)
 
38. ABŞ DÖVLəT XİDMəTİNİN TəŞKİL OLUNMASINA DAİR İLK ADDIMLAR
 Pendlton qanunu (1883)
 
39. AMERİKADA ÖZÜNÜİFADə  AZADLIĞI
 O.V. Holms, Abrams Birləşmiş Ştatlara qarşı (1919)
 
40. AMERİKA DÜNYA DEMOKRATİK SİSTEMİNİN LİDERİ OLUR
 F.D. Ruzvelt, Dörd azadlıq (1941)
 
41. XX əSRDə İRQÇİLİYə QARŞI HəRəKAT
 Martin Lüter Kinq, Azadlığa doğru böyük addım (1958)
 
42. ABŞ-ın XARİCİ YARDIMI Və İNSAN HÜQUQLARI
 "Beynəlxalq təhlükəsizlik və silah ixracına nəzarət" qanunu (1976)
 
43. DEMOKRATİK LİDER
 Cimmi Karter, İnsan haqları və ABŞ-ın xarici siyasəti (1977)
 
 
 XX əsr  demokratiya əsridir
 
 
44. ETNOQRAFİK MİLLəT Və SİYASİ MİLLəT
 V. Vodovozov, Milliyyət və dövlət (1910)
 
45. AZəRBAYCAN XALQ CÜMHURİYYəTİ
 İstiqlaliyyət Bəyannaməsi, (28 may 1918-ci il)
 
46. ÜMİDSİZ MÜQAVİMəT
 Alber Kamyu, Sizif haqqında mif (1940)
 
47. MİLLİ MəDəNİYYəT Və DEMOKRATİYA
 Corc Oruell, İngiltərə, Sizin İngiltərə (1943)
 
48. AVROPANI XİLAS ETMİŞ ADAM
 Uinston Çörçill, Sülhün əzələləri (1946)
 
49. BÜTÜN DÜNYA ÜÇÜN İNSAN HÜQUQLARI
 BMT-in Ümumdünya İnsan HüquqlarI Bəyannaməsİ (1948)
 
50. DÜNYA BMT ÜMUMDÜNYA İNSAN HÜQUQLARI BəYANNAMəSİ İMZALANDIQDAN
 SONRAKI 50 İL əRZİNDə
 
51. XOŞBəXTLİYİN LİBERAL İDEALI
 İsayya Berlin, Azadlığın iki konsepsiyası (1958)
 
52. KAPİTALİZM Və AZADLIĞIN QARŞILIQLI əLAQəSİ HAQQINDA
 Milton Fridman, İqtisadi və siyasi azadlıqlar arasında əlaqə (1962)
 
53. İRANDA İSLAM İNQİLABI - SADə... Və YANLIŞ CAVAB
 İranda söz azadlığı İslam inqilabından əvvəl (1978)... və sonra (1983)
 
54. TəK əLDəN Də SəS ÇIXAR
 Aleksandr Soljenitsın, Yalansız yaşamaq (1974)
 
55. MÜHARİBəDəN SONRAKI ŞəRQİ AVROPADA DEMOKRATİYA
 "Xartiya-77"nin bəyannaməsi (1977-ci il)
 
56. AZəRBAYCAN XALQ CəBHəSİ
 AXC-nin proqramında İnsan HüquqlarI (16 İyul 1989)
 
57.  1989 - LİBERALİZMİN SON QəLəBəSİ?
  Frensis Fukuyama, Tarixin sonu? (1989)
 
58. İSLAM Və DEMOKRATİYA
 Hikmət Hacızadə, İslam dünyası demokratik islahatlar ərəfəsində (1997)
 
59. AZəRBAYCANDA SEÇKİ İSLAHATI UĞRUNDA MÜBARİZə -1998
 Prezidentliyə namizədlərə dəvət məktubu (4 avqust 1998)
 Prezidentə cavab məktubu (10 avqust 1998)
 
60. AZəRBAYCANDA SİYASİ SENZURANIN LəĞV EDİLMəSİ
 Çingiz Sultansoy, Sonuncu senzor (sentyabr 1998)
 
 
61. AVROPADA Və ABŞ-DA SÖZ AZADLIĞININ HÜDUDLARI HAQQINDA
Ronald Dvorkin, Senzuranın yeni xəritəsi (1994)

62. İNSAN HÜQUQLARI - BəŞəRİYYəTİN BAŞLICA İDEYASI,
Hikmət Hacızadə (1998)


* * *


"Demokratiya: Gediləsi Uzun bir Yol"
Tərtib edən: Hikmət A.Hacızadə, FAR CENTRE,  Bakı, 2001


Ön Söz

Qarşımızdakı bu toplu elə vaxtda işıq üzü görür ki, artıq cəmiyyətimiz demokratiya və insan haqları anlayışını 80-ci illərin əvvəllərindəki kimi birmənalı qavrayıb həsrətlə gözləmir.  Görünür, biz bu gün onun üstünlüklərinə və özündə daşıdığı problemlərə daha ciddi və tənqidi yanaşırıq.  Bu da təbiidir, axı son on ildə ölkədə baş vermiş köklü demokratik dəyişikliklərin ilk çağlarında bu qədər ehtiyac duyduğumuz bir şeyi -tarixi təcrübəni biz indi-indi əldə edirik.

Qısa müddətdə bir-birini əvəzləyən və bir-birini qəti inkar edən, eyni zamanda hər biri özünü demokratik sayan üç siyasi rejimin şahidi olduqdan sonra bəzilərimiz bu qənaətə gəlmişik ki, "bizdə indiyədək demokratiya olmayıb", yaxud "bizdə olan demokratiya əsl demokratiya deyil", yaxud "demokratiya, ola bilsin, yaxşı şeydir, di gəl ki, bizə yaramır" və nəhayət, ən çox eşitdiyimiz: "Bu, mənlik deyil, mən, sadəcə, yaşamaq istəyirəm".

Qısa vaxt ərzində baş verən sosial sarsıntılardan xoflanmış adamlar azadlıqdan bir qorxu, dəyişikliklərə qərəz, ictimai fəallığın faydasına inamsızlıq duymağa başladılar.

Bununla yanaşı, demokratiyanın problemləri indi də ictimai mübahisələrin ən yayılmış mövzusu olaraq qalır.  Demokratiyanın nəzəriyyəsi ilə tanış olmaqla biz öyrənib bilirik ki, demokratiya öz mahiyyətinə görə insanların öz-özlərini idarə etməsi deməkdir; öyrənirik ki, demokratiya zamanı hər kəs digərinə öz bərabəri kimi baxmalıdır; öyrənirik ki, demokratik dövlətdə hakimiyyət bölüşdürülməli və ona məhdudiyyət qoyulmalıdır.  Bu gün bütün bunlar cəmiyyətə yaxşı bəllidir, nəinki bəllidir, həm də bu müddəalar bizim Konstitusiyada əks olunmuşdur.  Və bununla belə, bu gün Azərbaycanda demokratiyanın acınacaqlı halına nəzər saldıqda bizdə belə bir duyğu yaranır ki, demokratiyanın başlıca sirri bizim üçün hələ də açılmamış qalmaqdadır.  Britaniyadakı kimi parlament, ABŞ-dakı kimi Konstitusiya bizdə də var, lakin demokratiya və insan hüquqları sahəsindəki uğurlarımız adamı məyusedəcək dərəcədə azdır... 

Bu yerdə adama belə bir xilasedici fikir gəlir ki, ümumiyyətlə, dünyada demokratiya yoxdur - dünyanın hər yerində seçkilər yalnız qüdrətli rejissorların qoyduğu tamaşadır; məhkəmələrdəki çəkişmələri pulu çox olanlar udur və s. və i.  Bundan dərhal sonra ağlımıza belə bir fikir də gəlir ki, namusumuz dolanmağımıza mane olmamalıdır.

Bu kitab məhz belə şübhələr haqqındadır. Demokratiyanın qədim çağlardan başlayıb bizim günlərədək uzanan inkişaf yolunu göstərən materiallardan tərtib edilmiş bu antologiya ilə oxucu tanış olarkən görəcək ki, bizim bu gün üzləşdiyimiz problemlərlə, bizi tərk etməyən şübhə və qorxularla demokratiya yoluna qədəm qoymuş bütün xalqlar istisnasız olaraq üzləşmişlər.  Bu gün Qərb dünyasında axarına qoyulmuş rahat, firavan həyat insanın çoxəsrlik mənəvi axtarışlarının, onun öz adına layiq, şərəfli həyat uğrunda apardığı mübarizənin gedişindəki dramatik vətəndaş münaqişələrinin nəticəsidir.

* * *

Biz bu kitabda iki min ildən də çox müddət ərzində ədalətli dövlət quruluşu və dövlətin insanla qarşılıqlı münasibətləri haqqında gedən mübahisələrdən qopmuş başlıca ideyaları təqdim etməyə çalışmışıq.  Antologiyada bəşər tarixinin ən böyük simaları demokratiyanın lehinə və əleyhinə səmimi-qəlbdən (mən bu ifadəni təsadüfi və gəlişigözəl söz kimi işlətmirəm) fikirlər söyləyirlər.  Buradaca həmçinin tarixi inkişafın ayrı-ayrı mərhələlərini, bir növ, tamamlamış və tarixin neçə yüzillik axarını irəlicədən müəyyən etmiş qanunlar, saziş və bəyannamələr də özünə yer tutub.  Topluda demokratiyanın ən böyük sirri və onun uğurunun rəhni olan demokratik insan xüsusi yer tutur.  Bu insan  ədalətli, xoşməramlı və fəal insandır; hər şeyə hörmətlə yanaşan, ancaq heç nəyə böyük hörmət bəsləməyən insandır; elə bir insan ki, onun üçün qurub-yaratmaq qələbədən yüksəkdir.

Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir.  Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.

Antologiyanın böyük hissəsi - ilk dəfə olaraq Azərbaycan türkcəsinə çevrilmiş 60-dan çox məqalə oxucuları çoxluğun mütləq hakimiyyətinə söykənən antik demokratiyadan başlayaraq müasir demokratiyaya - çoxluğun hakimiyyətini insan hüquqları ilə məhdudlaşdıran liberal demokratiyayaqədərki demokratik sistemin keyfiyyət inkişafı ilə tanış edir.  Bundan əlavə, toplu demokratiyanın məkanca inkişafını - antik şəhər-dövlətlərdən üzü bəri Avropanın millət-dövlətlərinə, oradan da cizgiləri artıq bu gün beynəlxalq qurumlar timsalında aydınca sezilən gələcək ümumbəşər hökumətinə doğru uzanan yolunu izləməyə imkan verir.

Kitabda İngiltərə, Amerika və Fransa inqilablarına da böyük diqqət yetirilib və oxucular 1988-92-ci illərdə Azərbaycanda baş verənləri yada salmaqla həmin təlatümlü olayları daha aydın və canlı təsəvvür edə bilərlər. 

Burada insan hüquqları: seçki hüququ, söz və din azadlığı, köləliyin ləğv edilməsi, qadınların hüquq bərabərliyi uğrunda mübarizə də kifayət qədər əks olunmuşdur.

Antologiyaya başlıca olaraq Amerikadakı, Qərbi və Şərqi Avropadakı demokratiyanın problemləri haqqında materiallar daxil edilmişdir; burada Azərbaycandakı demokratiyanın problemləri barədə beş məqalə də vardır ki, onlar ayrıca fəslə ayrılmayaraq, digər materialların arasında xronoloji qaydada düzülməklə bütün dünyada gedən demokratik prosesin vahid təbiətini əyani nümayiş etdirir.  Bu məqalələr gələcəkdə bizim üçün çox vacib olan "Azərbaycanda demokratiya" araşdırmasının özəyini təşkil edə bilər.  Təəssüf ki, kitabın həcminə qoyulan hədd biz oxucuları demokratiya və insan hüquqlarına aidiyyəti olan bir çox dünya və Azərbaycan müəlliflərinin və siyasi simalarının əsərləri ilə tanış etmək imkanından məhrum etmişdir.

Bununla belə, demokratiyanın tərkib hissəsi olan insan hüquqları mövzusu ilə daha əsaslı tanış olmaq istəyənlər üçün antologiyada "İnsan hüquqları bəşəriyyətin başlıca ideyasıdır" essesi təqdim olunmuşdur ki, bu material lazım gəldikdə ictimai fənn müəllimləri və ali məktəb tələbələri üçün dərs vəsaiti rolunu oynaya bilər...

Ümid edirik ki, bu antologiya bizi demokratiyanın sirrinə bir addım da yaxınlaşdıracaq, bir də, kim bilir, bəlkə bunda heç bir sirr yoxdur? Axı adətən yaşlı nəslin öz ağlı ilə kəsdirə bilməyib sirr zənn etdiyi şey cavanlar üçün apaydın həqiqətdir.

Taleyini öz əlinə almaq, öz həyatında kəskin dönüş yaratmaq keçmiş sovet adamı üçün böyük sarsıntı, postsovet Azərbaycanında həyata qədəm qoymuş gənc üçünsə adi bir hərəkətdir.

Demokratiyanın bizə qeyri-real görünən müddəaları, ola bilsin, gənc nəsildə heç bir təəccüb doğurmaz - həyatda yalansız da yaşamaq mümkündür; insanlar arasında mövcud olan fərqlər cəmiyyətin parçalanmasına deyil, onun inkişafına kömək edir; dünyada heç bir yeganə və son həqiqət yoxdur, saysız-hesabsız həqiqətlər vardır ki, hər kəs özünə bu həqiqətlərin arasından hansınısa seçməlidir; azadlığı istəyən gərək onun gətirdiyi müəyyən qarma-qarışıqlığa da dözsün və nəhayət, demokratiya heç kəsə müftə yemək vermir.  O, yalnız müəyyən qaydalar məcmusudur ki, biz onun əsasında "oynamağı" öyrənməliyik; öz problemlərimizi əl-ələ tutaraq həll etməyi öyrənməliyik; bir-birimizin mənafeyini gözləyə-gözləyə həll etməyi öyrənməliyik.

 

Hikmət Hacızadə,
Bakı, 28 may 1999-cu il

* * *


  

Demokratiya: gediləsi uzun bir yol
demokratiya və antidemokratiya
antologiyası e.ə.430 - b.e.1998


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan