Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


50. DÜNYA BMT Ümumdünya İnsan Hüqüqları Bəyannaməsi imzalandıqdan sonrakı 50 İL ƏRZİNDƏ


1942
*Vaşinqtonda BMT-nin yaradılması haqqında bəyannamə imzalanır (1 yanvar), onu imzalayan ölkələr "özləri üçün heç bir ərazi və başqa imtiyazlar tələb etmir..., bütün xalqların azad iradəsinə zidd ola biləcək dəyişikliklər niyyətində deyillər".


1944
*Bretton Vuds (ABŞ) konfransında Dünya Bankı və Beynəlxalq Valyuta Fondu yaradılır. *Dumbarton Ouksdakı (ABŞ) konfransda SSRİ, ABŞ və Britaniya BMT-ni yaratmağı təklif edirlər.


1945
*San-Fransiskodakı konfransda BMT yaradılır (aprel-iyun). *Potsdam konfransı (Trumen, Çörçill, Stalin) Almaniyanın tamamilə dəyişdirilməsinin əsaslarını hazırlayır. *ABŞ Yaponiyanın Xirosima (6 avqust) və Naqasaki (9 avqust) şəhərlərinə atom bombası atır. Xirosimada bomba atılan gün 100 000 nəfər və sonralar yenə 100 000 nəfər həlak olur.


1946
*Londonda BMT Baş Məclisinin ilk iclası açılır (10 yanvar). *Uinston Çörçillin Fulton Universitetindəki (ABŞ) "Dəmir pərdə" çıxışında (5 mart) Sovet ekspansiyasından qorunmaq fikri səslənir: "İosif Stalinin imperiyasının üzərinə Baltikadan Adriatikə qədər dəmir pərdə endi...".  Bu nitqə görə Çörçillə Nobel mükafatı verilir. *Nürnberqdə hərbi məhkənin qərarı ilə (qiyabi mühakimə olunmuş M.Borman da daxil olmaqla)12 nasist lideri asılmağa məhkum edilir, 7 nəfər həbs cəzası alır, 3 nəfər bəraət qazanır (1 oktyabr). Görinq qalan 10 nəfərin edamından bir neçə saat əvvəl intihar edir (15 oktyabr).


1947
*Sovet İttifaqı BMT-nin atom enerjisinə nəzarət planı haqqında ABŞ-ın verdiyi təklifi rədd edir (4 mart). *ABŞ-ın maliyyə naziri Marşallın Avropanı bərpa etmək planı - Avropa xalqlarına müharibənin dağıntılarından xilas olmaq üçün uyğunlaşdırılmış kömək proqramı təklif olunur (iyun). 1951-ci ilə qədər "Avropanın bərpası" proqramına 11 milyard dollar xərclənmişdir. *Britaniya Hindistanı hindlilərin Hindistanına və müsəlman Pakistanına bölür, hər ikisi özünün Britaniyadan asılı olmayan istiqlaliyyətini elan edir (15 avqust).


1948
*Hindistanın müstəqilliyi uğrunda hərəkatın mənəvi lideri Mahatma Qandi qətlə yetirilir (30 yanvar). *Ərəb əhalisinə bərabər hüquqlar verilməklə İsrail dövləti elan edilir (14 may). *Sovet qoşunlarının ölkədə qalmasından istifadə edən yerli kommunistlər Çexoslovakiyada, Bolqarıstanda, Macarıstanda və Polşada hakimiyyəti qəsb edirlər. *Qərb  Sovet mühasirəsində olan Qərbi Berlinə 328 gün davam edən havadan təchizata başlayır (26 iyun). *Yuqoslaviya Kommunist Partiyası Komintern təşkilatından xaric edilir (28 iyun). *İsrail dövləti elan edilir, Britaniya mandatının müddəti gecə yarısı başa çatır, ərəb ordularının hücumu başlanır. *BMT-nin Baş Məclisi Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edir (10 dekabr). *İkinci dünya müharibəsi dövründə Yaponiyada baş nazir və rəhbər vəzifələrdə çalışan altı şəxs törətdikləri hərbi cinayətlərə görə beynəlxalq hərbi tribunalın hökmü ilə Tokioda dara çəkilir (23 dekabr). 


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan