Print Version   Download Zip File

TÜRKİYƏ CÜMHURİYYƏTİ ANAYASASI


BAŞLANĞIC

Əbədi Türk vətən və millətinin bütünlüyünə və müqəddəs Türk Dövlətinin varlığına qarşı Cümhuriyyət dövründə bənzəri görünməmiş bölücü və yıxıcı qanlı bir iç savaşın gerçəkləşmə nöqtəsinə yaxınlaşdığı zaman;

Türk millətinin ayrılmaz parçası olan Türk Silahlı Qüvvələrinin, millətin çağırışıyla gerçəkləşdirdiyi 12 sentyabr 1980 hərəkatı nəticəsində, Türk Millətinin qanuni təmsilçiləri olan Məsləhət Məclisi tərəfindən hazırlanıb, Milli Təhlükəsizlik Şurasında son forma verilərək Türk Milləti tərəfindən qəbul və təqdir edilən və bilavasitə Onun əliylə təsis olunan bu A N A Y A S A: 

- Türkiyə Cümhuriyyətinin qurucusu, ölümsüz öndər və bənzərsiz qəhrəman Atatürkün bəyan etdiyi millətçilik anlayışı və Onun inqilab və prinsiplərinə uyğun surətdə;

-Dünya millətlər ailəsinin bərabər haqlara sahib şərəfli bir üzvü olaraq; Türkiyə Cümhuriyyətinin nəyin bahasına olur olsun öz varlığı, rifahı, maddi və mənəvi səadəti ilə çağdaş mədəniyyət səviyyəsinə çıxmaq əzmi istiqamətində;

-Millət iradəsinin mütləq üstünlüyü, suverenliyin qeyd-şərtsiz Türk Millətinə məxsus olduğu və bunu Millət adından tətbiq etməyə səlahiyyətli qılınan heç bir şəxs və təşkilatın, bu Anayasada göstərilən hürriyyətçi demokratiya və bunun tələbləriylə müəyyən edilmiş hüquq quruluşu çərçivəsindən çıxmayacağı;

-Qüvvələr bölgüsünün, Dövlət orqanları arasında üstünlük sıralaması anlamına gəlməyib, müəyyən Dövlət səlahiyyətlərinin tətbiqindən ibarət və bununla məhdudlaşdırılan mədəni bir iş bölümü və işbirliyi olduğu və üstünlüyün ancaq Anayasada və qanunlarda bulunduğu;
 
- Heç bir düşüncə və mülahizənin Türk Milli mənfəətlərinin, Türk varlığının Dövləti və ölkəsiylə bölünməzliyi əsasının, Türklüyün tarixi və mənəvi dəyərlərinin, Atatürk millətçiliyi, prinsip və inqilabları və mədəniyyətçiliyinin qarşısında müdafiə görə bilməyəcəyi və dünyəvilik prinsipinin gərəyi olan müqəddəs din duyğularının, Dövlət işlərinə və siyasətə qətiyyətlə qarışdırılmayacağı;

- Hər Türk vətəndaşının bu Anayasadakı əsas haqq və hürriyyətlərdən bərabərlik və sosial ədalət prinsiplərinə uyğun faydalanaraq milli mədəniyyət, sivilizasiya və hüquq quruluşu şəraitində şərəfli bir həyat sürmə və maddi və mənəvi varlığını bu yöndə inkişaf etdirmə haqqına və səlahiyyətinə doğuşdan sahib olduğu;

- Bütün Türk vətəndaşlarının milli qürur və iftixarlarda, milli sevinc və kədərlərdə, milli varlığa münasibətdə haqq və vəzifələrdə, nemət və məhrumiyyətlərdə və Millət həyatının hər cür təzahüründə ortaq olduğu, bir-birinin haqq və hürriyyətinə tam hörmət, qarşılıqlı sevgi və qardaşlıq duyğularıyla və "Yurdda sülh, cahanda sülh" arzu və inancı içində rahat bir həyat tələbinə haqları olduğu;

FİKİR, İNANC VƏ QƏRARIYLA anlaşılmaq, sözünə və ruhuna bu yöndə sevgi və mütləq sədaqətlə yozulub tətbiq olunmaq üçün;

TÜRK MİLLƏTİ TƏRƏFİNDƏN, demokratiyaya aşiq Türk övladının vətən və millət sevgisinə əmanət və təqdim olunur.

 

BİRİNCİ  HİSSƏ

ÜMUMİ ƏSASLAR

I. Dövlətin şəkli.
Maddə 1.  - Türkiyə Dövləti bir Cümhuriyyətdir.
II. Cümhuriyyətin xüsusiyyətləri
Maddə 2. - Türkiyə Cümhuriyyəti, cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı içində, insan haqlarına hörmətlə yanaşan Atatürk millətçiliyinə bağlı, "Başlanğıcda" müəyyən edilən əsas prinsiplərə söykənən demokratik, dünyəvi və sosial bir hüquq Dövlətidir.
III. Dövlətin bütünlüyü, rəsmi dili, bayrağı, milli marşı və paytaxtı
Maddə 3. - Türkiyə Dövləti, ölkəsi və millətiylə bölünməz bir bütündür. Dili Türkcədir.
Bayrağı, forması qanunla müəyyən edilən bəyaz ay-ulduzlu al bayraqdır.
Milli marşı "İstiqlal Marşı"dır.
Paytaxtı Ankaradır.
IV. Dəyişdirilməyəcək hökmlər
Maddə 4. -Anayasanın 1-ci maddəsindəki Dövlətin formasının Cümhuriyyət Olduğu haqqındakı hökm ilə, 2-ci maddəsindəki Cümhuriyyətin xüsusiyyətləri və 3-cü maddəsi hökmləri dəyişdirilə bilməz və dəyişdirilməsi təklif edilə bilməz.
V. Dövlətin əsas məqsəd və vəzifələri
Maddə 5. -Dövlətin əsas məqsəd və vəzifələri, Türk Millətinin müstəqilliyini və bütünlüyünü, ölkənin bölünməzliyini, Cümhuriyyəti və demokratiyanı qorumaq, şəxslərin və cəmiyyətin rifah, əmin-amanlıq və xoşbəxtliyini təmin etmək; şəxsin əsas haqq və hürriyyətlərini sosial hüquq dövləti və ədalət prinsipləriylə bağlaşmayacaq əngəlləri aradan qaldırmağa, insanın maddi və mənəvi varlığının inkişafı üçün gərəkli şərtləri hazırlamağa çalışmaqdır.
VI. Suverenlik
Maddə 6. - Suverenlik qeyd-şərtsiz Millətə məxsusdur.
Türk Milləti öz suverenliyini, Anayasanın qoyduğu əsaslar üzrə, səlahiyyətli orqanların əliylə həyata keçirir.
Suverenliyin həyata keçirilməsi heç bir surətdə heç bir şəxsə, zümrəyə və ya sinfə həvalə edilə bilməz. Heç bir kimsə və ya orqan mənbəyi Anayasada olmayan bir Dövlət səlahiyyətini həyata keçirə bilməz.
VII. Qanunvericilik səlahiyyəti
Maddə 7. - Qanunvericilik səlahiyyəti Türk Milləti adından Türkiyə Böyük Millət Məclisinə məxsusdur. Bu səlahiyyət dövr edilə bilməz.       
VIII. İcra səlahiyyəti və vəzifəsi
Maddə 8. - İcra   səlahiyyəti və vəzifəsi, Cümhur Başkanı və Bakanlar Şurası (1) tərəfindən, Anayasaya və qanunlara uyğun olaraq həyata keçirilir və yerinə yetirilir.
IX. Mühakimə səlahiyyəti
Maddə 9. - Mühakimə səlahiyyəti, Türk Milləti adından müstəqil məhkəmələr həyata keçirilir.
X. Qanun önündə bərabərlik
Maddə 10. - Hər kəs, dil, irq, rəng, cinsiyyət, siyasi düşüncə, fəlsəfi inanc, din, məzhəb və digər bu kimi səbəblərlə fərq qoyulmadan qanun önündə bərabərdir.
Heç bir şəxs, ailə, zümrə və ya sinif üçün imtiyaz tapa bilməz.
Dövlət orqanları və inzibati instansiyalar bütün fəaliyyətlərində qanun önündə bərabərlik prinsipinə uyğun olaraq hərəkət etməlidirlər.


TAM MƏTN ZİP FİLE-dadır

TÜRKİYƏ CÜMHURİYYƏTİ ANAYASASI


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan