Print Version   Download Zip File

İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN
MÜDAFİƏSİ HAQQINDA AVROPA
KONVENSİYASINA
1 SAYLI
ƏLAVƏ PROTOKOL


Paris, 20 mart 1952-ci il


Avropa Şurasının üzvü olub bu Protokolu imzalayan hökumətlər,

1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın (sonradan "Konvensiya" adlandırılacaq) artıq I-ci bölməsinə daxil edilmiş hüquq və azadlıqlarla yanaşı, bəzi hüquq və azadlıqların kollektiv surətdə həyata keçirilməsinin təmin edilməsi üzrə qətiyyətli addımlar atılmasının icrası naminə, aşağıdakılar haqqında razılığa gəldilər:


Maddə 1

Hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.

Əvvəlki müddəalar dövlətin mülkiyyətdən ümumi mənafelərə uyğun olaraq, və ya vergilərin, yaxud digər ödəmə və ya cərimələrin ödənilməsinin təmin edilməsi üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi üçün ona zəruri olan qanunların yerinə yetirilməsini təmin etmək hüququnu heç bir vəchlə məhdudlaşdıra bilməz.


Maddə 2

Heç kimin təhsil hüququ rədd edilə bilməz. Dövlət təhsil və təlim sahəsində üzərinə götürdüyü hər hansı funksiyaları yerinə yetirərkən valideynlərin öz uşaqlarını özlərinin şəxsi dini və fəlsəfi əqidələrinə uyğun təhsil və təlimini təmin etmək hüququna hörmət edir.


Maddə 3

Ortaq Yüksək Tərəflər, qanunvericilik hakimiyyəti seçkidə xalqın azad iradəsinin ifadəsini təmin edən şəraitdə şüurlu müntəzəm gizli səsvermə yolu ilə azad seçkilər keçirməyə borcludur.


Maddə 4

Hər bir Ortaq Yüksək Tərəf imzalama və ya ratifikasiya zamanı, yaxud bundan sonra Avropa Şurasının Baş Katibinə bu protokolun müddəalarının bəyanatda adları çəkilən və məsuliyyət daşıdığı ərazilərə, beynəlxalq münasibətlərə tətbiqinə aid öhdəliklərinin hədləri barəsində öz bəyanatını göndərə bilər. Əvvəlki bəndə uyğun olaraq bəyanat göndərmiş hər hansı Ortaq Yüksək Tərəf hər hansı əvvəlki bəyanatların şərtlərinin dəyişdirilməsi, yaxud bu Protokolun hər hansı əraziyə aid müddəalarının tətbiqinə xitam verilməsi haqqında hərdən bir növbəti bəyanatını göndərə bilər. Bu maddəyə uyğun olaraq verilən bəyanata Konvensiyanın 63-cü maddəsinin 1-ci bəndinə uyğun verilən bəyanat kimi baxılır.

 

Maddə 5

Ortaq Yüksək Tərəflər bu Protokolun 1, 2, 3 və 4-cü maddələrinin müddəalarına Konvensiyaya edilən əlavə maddələr kimi baxır və Konvensiyanın bütün müddəaları müvafiq surətdə tətbiq edilir.


Maddə 6

Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurası üzvlərinin imzası üçün açıqdır; o, Konvensiyanın ratifikasiyası ilə eyni vaxtda və ya ondan sonra ratifikasiya edilir. O, on ədəd qeydiyyat etimadnaməsini saxlanmağa təhvil verilməsindən sonra qüvvəyə minir. Protokolu ratifikasiya edən hər hansı dövlətə münasibətdə, Protokol, onun qeydiyyat  etimadnaməsinin saxlanmağa təhvil verildiyi andan qüvvəyə minir.

Qeydiyyat etimadnamələri saxlanmaq üçün Avropa Şurasının Baş Katibinə təhvil verilir. Baş Katib bu barədə Protokolu ratifikasiya etmiş dövlətlər haqqında bütün Şura üzvlərini xəbərdar edir.

1952-ci il mart ayının 20-ci günündə Parisdə ingilis və fransız dillərində yazılmış   hər iki mətn bərabər həddə autentikdir və vahid nüsxədə Avropa Şurasının arxivlərində saxlanılır. Baş Katib təsdiq edilmiş surətləri Protokolu imzalamış bütün hökumətlərə göndərir.

* * *

 

İNSAN HÜQUQLARI ÜZRƏ
AVROPA MƏHKƏMƏSİNƏ MƏSLƏHƏTVERİCİ RƏY
ÇIXARMAQ SƏLAHİYYƏTLƏRİNİN
VERİLMƏSİ HAQQINDA
2 SAYLI
ƏLAVƏ PROTOKOL

 

Avropa Şurasının üzvü olub bu Protokolu imzalayan dövlətlər:

1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın (sonradan "Konvensiya" adlandırılacaq) müddəalarını və o cümlədən digər orqanlarla yanaşı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsini (sonradan "Məhkəmə" adlandırılacaq) təsis edən 19-cu maddəni nəzərə alaraq;

müəyyən şərtlərə əməl edilməklə Məhkəməyə məsləhətverici rəylər vermək üçün səlahiyyətlər verilməsini məqsədəuyğun hesab edərək; aşağıdakılar haqqında razılığa gəldilər:

 


Maddə 1

1. Məhkəmə Nazirlər Komitəsinin sorğusu ilə Konvensiyanın ona əlavə edilən Protokolun təfsirinə aid məsləhətverici rəylər verə bilər.

2. Belə rəylər hüquq və azadlıqların Konvensiyanın I-ci Bölməsində və ona əlavə edilən Protokolda müəyyən edildiyi kimi, onların məzmununa və ya həcminə aid olan hər hansı məsələlərə, yaxud Komissiyaya, Məhkəməyə və ya Nazirlər Komitəsinə Konvensiyaya uyğun olaraq qəbul edilə bilən hər hansı baxılma nəticəsində baxılmaq üçün tələb edilə bilən istənilən başqa məsələlərə aid deyillər.

3. Nazirlər Komitəsinin Məhkəmədən məsləhətverici rəy vermək sorğusu barəsində qərarı Komitədə iclas aparmaq hüququna malik olan nümayəndələrin üçdə iki səsi ilə qəbul olunur.


Maddə 2

Məhkəmə, Nazirlər Komitəsi tərəfindən məsləhətverici rəy verməyə dair etdiyi sorğunun onun bu Protokolun 1-ci maddəsində müəyyən edilmiş məsləhətverici səlahiyyətlərinə uyğun olub-olmaması haqqında məsələni həll edir.

TAM MƏTN ZİP File-dadır.

  

İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN
MÜDAFİƏSİ HAQQINDA AVROPA
KONVENSİYASINA
1 SAYLI
ƏLAVƏ PROTOKOL


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan