Print Version   Download Zip File

İŞKƏNCƏLƏRƏ VƏ DİGƏR QƏDDAR, İNSANLIQDAN KƏNAR, YAXUD LƏYAQƏTİ ALÇALDAN DAVRANIŞ VƏ CƏZA NÖVLƏRİ ƏLEYHİNƏ KONVENSİYA

Baş Məclisin 39/46 saylı 10 dekabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş və imzalanmaq, təsdiq və qoşulmaq üçün açıqdır

QÜVVƏYƏ MİNMƏSİ: 27(1)-ci maddəyə müvafiq olaraq 26 iyun 1987-ci il


Bu Konvensiyanın iştirakçı-dövlətləri

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə müvafiq olaraq, insana məxsus ləyaqəti və insan nəslinin bütün üzvlərinin bərabər, və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq,
dövlətlərin Nizamnaməyə, məsələn, 55-ci maddəyə müvafiq olaraq insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət və riayət edilməsinə yardım göstərməyə dair öhdəliklərini  nəzərə alaraq,
hər ikisinin - həm insan hüquqları haqqında Ümumi bəyannamənin 5-ci maddəsinin, həm də mülki və siyasi hüquqlar haqqında Beynəlxalq paktın 7-ci maddəsinin - heç kəsin işkəncəyə və ya qəddar, insanlıqdan kənar, yaxud onun ləyaqətini alçaldan davranış və cəza növlərinə məruz qalmalı olmadığını nəzərdə tutdurunu hesaba alaraq,
həmçinin Baş Məclisin 9 dekabr 1975-ci ildə qəbul etdiyi bütün şəxslərin işkəncələrdən və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərindən müdafiə olunması haqqında bəyannaməni nəzərə alaraq,
işkəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı mübarizənin səmərəsini artırmaq istəyərək,
aşağıdakılar barədə razılığa gəldilər:

I HİSSƏ 

Maddə 1

1. Bu Konvensiyanın məqsədləri üçün "işkəncə" termini hər hansı bir şəxsə ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf almaq, onu, yaxud üçüncü şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnən hərəkətə görə cəzalandırmaq, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya onların bixəbərliyi, yaxud köz.yumması ilə qəsdən güclü fiziki, yaxud mənəvi ağrı və ya əzab yetirən hərəkətlər deməkdir. Bu tərifə yalnız qanuni sanksiyalar nəticəsində törəyən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud onların təsadüfən  doğurduğu ağrı və əzablar daxil edilmir.
2. Bu maddə daha geniş tətbiq müddəaları nəzərdə tutan hər hansı beynəlxalq müqaviləyə və ya milli qanunvericiliyə xələl gətirmir.

Maddə 2
1. Hər bir iştirakçı-dövlət onun yurisdiksiyasında olan hər hansı ərazidə işkəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görürlər.
2. Neçə olursa-olsun, heç bir müstəsna hal - müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyri-sabitlik, yaxud hər hansı digər fövqəladə şərait - işkəncəyə bəraət qazandıra bilməz.
3. Vəzifəcə yüksək rəisin, yaxud dövlət hakimiyyəti orqanının əmri işkəncə verilməsinə bəraət qazandıra bilməz.
Maddə 3               
1. Heç bir iştirakçı-dövlət heç bir şəxsi orada ona işkəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar mövcud olan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı (refoqber) və ya təhvil verməməlidir.
2. Səlahiyyətli hakimiyyət orqanları belə əsasların olmasını müəyyən etmək üçün işlə əlaqədar bütün şəraiti, müvafiq hallarda həmin dövlətdə insan hüquqlarının kobudcasına, biabırçı və kütləvi surətdə daim pozulması praktikasının mövcudluğu daxil olmaqla, nəzərə alır.

Maddə 4
1. Hər bir iştirakçı-dövlət bütün işkəncə hərəkətlərinə onun cinayət qanunvericiliyinə müvafiq olaraq cinayət kimi baxılmasını təmin edir. Bu, işkəncə vermək cəhdinə və hər hansı bir şəxsin işkəncədə iştirakçıları, yaxud iştirak etməsi demək olan hərəkətlərinə də aiddir.
2. Hər bir iştirakçı-dövlət bu cinayətlərə görə, onların ağırlıq xarakteri nəzərə alınmaqla, müvafiq cəza müəyyən edir.

Maddə 5
1. Hər bir iştirakçı-dövlət 4-cü maddədə göstərilən cinayətlər barəsində belə tədbirləri öz yurisdiksiyasını bərqərar etməkdə zəruri ola biləcək aşağıdakı hallarda görür:
a) cinayətlər onun yurisdiksiyasında olan hər hansı ərazidə və ya hamin dövlətdə qeydiyyatdan keçirilmiş dəniz, yaxud hava gəmisində törədildikdə;
b) güman edilən cinayətkar həmin dövlətin vətəndaşı olduqda;
c) cinayətin qurbanı həmin dövlətin vətəndaşı olduqda və həmin dövlət bunu məqsədəuyğun saydıqda.
2. Hər bir iştirakçı-dövlət analoji qaydada güman edilən cinayətkarın onun yurisdiksiyasındakı hər hansı bir ərazidə olduğu və bu dövlət  8-ci maddəyə müvafiq olaraq, onu bu maddənin 1-ci bəndində xatırlanan dövlətlərin hər hansına təhvil vermədiyi hallarda belə cinayətlər barəsində öz yurisdiksiyasını bərqərar etməkdə zəruri ola biləcək belə tədbirləri görür.
3. Bu Konvensiya daxili qanunvericiliyə müvafiq istənilən cinayət yurisdiksiyasının həyata keçirilməsini istisna etmir.
 
Maddə 6
1. Ərazisində 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətməsi güman edilən şəxs olan hər hansı iştirakçı-dövlət sərəncamındakı informasiyanı araşdırdıqdan sonra şəraitin tələb etdiyini yəqin etdikdə həmin şəxsi həbsə alır və ya onun ölkədə qalmasını təmin edən digər hüquqi tədbirləri görür. həbsəalma və digər bu qəbil tədbirlər həmin dövlətin qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir lakin yalnız cinayət-prosessual, yaxud təhvil verilmə işlərini görmək üçün zəruri olan vaxt ərzində davam edə bilər.
2. Belə dövlət dərhal faktların ilkin araşdırılmasını aparır.
3. Bu maddənin 1-ci bəndinə əsasən həbs edilmiş hər hansı bir şəxsə vətəndaşı olduğu dövlətin ən yaxında olan müvafiq nümayəndəsi və ya o, vətəndaşlığı olmayan şəxsdirsə, adətən yaşadığı dövlətin nümayəndəsi ilə dərhal əlaqə yaratmasına yardım göstərilir.
4. Dövlət bu maddəyə müvafiq olaraq hər hansı bir şəxsi həbs etdikdə həmin şəxsin həbsdə olması faktını və onun tutulmasına əsas verən hallar barədə 5-ci Maddənin 1-ci bəndində xatırlanan dövlətlərə dərhal xəbər verir. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan ilkin təhqiqatı aparan dövlət aldığı məlumatları təcili surətdə yuxarıda xatırlanan dövlətlərə bildirir və öz yurisdiksiyasını tətbiq etmək niyyətində olub-olmadığını göstərir.

TAM MƏTN ZİP FİLE-fildadır

  

İŞKƏNCƏLƏRƏ VƏ DİGƏR QƏDDAR, İNSANLIQDAN KƏNAR, YAXUD LƏYAQƏTİ ALÇALDAN DAVRANIŞ VƏ CƏZA NÖVLƏRİ ƏLEYHİNƏ KONVENSİYA


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan