Print Version   Download Zip File

QADINLAR BARƏSİNDƏ AYRI-SEÇKİLİYİN BÜTÜN FORMALARININ LƏĞV EDİLMƏSİ HAQQINDA  KONVENSİYA

Baş Məclisin 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş,
imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır

QÜVVƏYƏ MİNMƏSİ: 27(1)-ci maddəyə müvafiq olaraq 3 sentyabr 1981-ci il


Bu Konvensiyanın iştirakçı - dövlətləri,

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərinə, kişilərdə qadınların hüquq bərabərliyinə inamını bir daha təsdiq etdiyini n ə z ə r ə   a l a r a q,
İnsan hüquqları haqqında ümumi bəyannamənin ayrı-seçkiliyik yolverilməzliyini təsdiq etdiyini, bütün insanların ləyaqət və hüquqca azad və bərabər doğulduğunu elan etdiyini və hər hansı fərq, o cümlədən cinsə görə fərq qoyulmadan onun elan etdiyi bütün hüquq və azadlıqlara malik olmalı olduğunu  n ə z ə r ə  alaraq,
insan hüquqları haqqında Beynəlxalq paktların üzv-dövlətlərin üzərinə kişi və qadınların bütün iqtisadi, sosial, mədəni, mülki və siyasi hüquqlardan istifadə etməkdə hüquq bərabərliyini təmin etmək vəzifəsi qoyduğunu nəzərə alaraq,
kişi və qadınların hüquq bərabərliyinə yardım göstərmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin himayəsi altında bağlanmış beynəlxalq konvensiyaları n ə z ə r ə   a l a r a q,
həmçinin, Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin kişi və qadınların hüquq bərabərliyinə yardım göstərmək məqsədilə qəbul etdikləri qətnamə, bəyannamə və tövsiyələri   n ə z ə r ə alaraq,
bütün bu müxtəlif sənədlərə baxmayaraq, yenə də əvvəlki kimi qadınlar barəsində xeyli dərəcədə ayrı-seçkiliyin mövcudluğundan  n a r a h a t   o l a r a q,
qadınlara ayrı-seçkilik qoyulmasının hüquq bərabərliyi və insan ləyaqətinə hörmət prinsipini pozduğunu, qadınların öz ölkəsinin siyasi, sosial, iqtisadi və mədəni həyatında kişilərlə bərabər iştirakına əngəl törətdiyini, ailənin və cəmiyyətin rifahının yüksəlişinə mane olduğunu, qadınların öz ölkəsinə və bəşəriyyətə xidmət etmək imkanlarının tam açılmasını daha da çətinləşdirdiyini xatırladaraq,
yoxsulluq şəraitində qadınların ərzaq əldə etmək, səhiyyə xidməti, təhsil, peşə hazırlığı, işə düzəlmək, eləcə də digər tələbatlarını ödəmək imkanlarının daha az olmasından n a r a h a t l a n a r a q,
bərabərliyə və ədalətə əsaslanan yeni beynəlxalq iqtisadi nizamın bərqərar olmasının kişi və qadınlar arasında bərabərliyə əhəmiyyətli kömək göstərəcəyinə əmin olaraq,
aparteidin, irqçilik, irqi ayrı-seçkilik, müstəmləkəçilik, yeni müstəmləkəçilik, təcavüz, xarici işğal, ağalıq və dövlətlərin daxili işlərinə qarışmağın bütün formalarının ləğv edilməsinin kişi və qadınların hüquqlarının həyata keçirilməsi üçün zəruri olduğunu q e y d   e d ə r ə k,
beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinin, beynəlxalq gərginliyin azaldılmasının, sosial və iqtisadi sistemlərindən asılı olmayaraq bütün dövlətlərin qarşılıqlı əməkdaşlığının, ciddi və təsirli beynəlxalq nəzarət altında ümumi və tam, xüsusilə nüvə silahları sahəsində, tərksilahın, ölkələr arasında münasibətlərdə ədalət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinin bərqərar olmasının, əcnəbi və müstəmləkə ağalığı və xarici işğal altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsinin, eləcə də, dövlətlərin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin sosial tərəqqiyə və inkişafa kömək edəcəyini və nəticə etibarilə kişilərlə qadınlar arasında tam bərabərlik əldə olunmasına imkan yaradacağını   q e y d   e d ə r ə k,
ölkələrin tam inkişafının, bütün dünyanın rifahının və sülh işinin qadınların bütün sahələrdə kişilərlə bərabər maksimal iştirakını tələb etdiyinə  ə m i n   o l a r a q,
qadınların ailənin rifahı və cəmiyyətin inkişafına verdiyi, indiyədək tam etiraf olunmamış töhfələrin əhəmiyyətini, analığın sosial əhəmiyyətini və hər iki valideynin ailədə və övladlarının tərbiyəsində rolunu nəzərə alaraq,
qadınların nəslin davam etdirilməsindəki rolunun ayrı-seçkiliyə səbəb olmalı olmadığını - belə ki, uşaqların tərbiyəsi kişi və qadınların, eləcə də bütövlüklə cəmiyyətin birgə məsuliyyətini tələb edir - d ə r k  edərək,
kişi və qadınlar arasında tam bərabərliyə nail olmaq üçün kişilərin, eləcə də qadınların cəmiyyətdə və ailədə ənənəvi rolunu dəyişdirməyin zəruri olduğunu  yadda saxlayaraq,
qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi haqqında Bəyannamədə elan edilmiş prinsipləri həyata keçirmək və bu məqsədlə belə ayrı-seçkiliyin bütün forma və təzahürlərini ləğv etmək üçün bütün zəruri tədbirləri görmək ə z m i   i l ə
aşağıdakılar barəsində razılaşdılar:

I HİSSƏ


Maddə 1
Bu Konvensiyanın məqsədləri üçün qadınlar barəsində ayrı-seçkilik anlayışı qadınların ailə vəziyyətlərindən asılı olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların zəiflədilməsinə, yaxud tanınmasını, qadınların onlardan istifadə etməsini, yaxud onları həyata keçirməsini heçə endirməyə yönəldilmiş cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.
 
Maddə 2
İştirakçı-dövlətlər qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarını məhkum edir və təxirə salınmadan bütün müvafiq vasitələrlə qadınlar barədə ayrı-seçkiliyin ləğv edilməsi siyasəti yeritməyi razılaşır, bu məqsədlə aşağıdakıları öhdələrinə götürürlər:
a) kişi və qadınların hüquq bərabərliyini öz milli konstitusiyalarına və digər müvafiq qanunvericiliklərinə daxil etmək, əgər bu, indiyə qədər edilməyibsə, bu prinsipin qanunun və digər müvafiq vasitələrin köməyi ilə praktik olaraq həyata keçirilməsini təmin etməyi;
b) lazım olan yerlərdə qadınlar barəsində hər cür ayrı-seçkiliyi qadağan edən müvafiq qanunvericilik tədbirləri və digər tədbirlər görməyi;
c) qadınların hüquqlarının kişilərlə bərabər əsasda hüquqi müdafiəsini bərqərar etmək və səlahiyyətli milli məhkəmələrinin və digər dövlət idarələrinin köməyi ilə qadınların bütün ayrı-seçkilik hərəkətlərindən təsirli müdafiəsini təmin etməyi;
d) qadınlar barəsində hər hansı ayrı-seçkilik hərəkətlərindən, yaxud fəaliyyətindən imtina etməyi, dövlət orqanlarının və idarələrinin bu təəhhüdə müvafiq hərəkət etməsinə təminat verməyi;
e) qadınlar barəsində hər hansı bir şəxs, təşkilat, yaxud müəssisə tərəfindən ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görməyi;
f) qadınlar barəsində ayrı-seçkilik demək olan qüvvədəki qanunların, qərarların, adətlərin və təcrübənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün bütün tədbirləri, qanunvericilik tədbirləri daxil olmaqla, görməyi;
g) özünün cinayət qanunvericiliyində qadınlar barəsində ayrı-seçkilik sayıla bilən bütün müddəalarını ləğv etməyi.

Maddə 3
İştirakçı-dövlətlər, bütün sahələrdə, o cümlədən, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə qadınların insan hüquqlarını və əsas azadlıqları kişilərlə rəhbər əsasda həyata keçirmələrinə və onlardan istifadə etmələrinə təminat vermək üçün onların hərtərəfli inkişafını və tərəqqisini təmin edən bütün müvafiq tədbirləri, qanunvericilik tədbirləri daxil olmaqla, qəbul edirlər.

TAM MƏTN ZİP FİLE-dadır

  

QADINLAR BARƏSİNDƏ AYRI-SEÇKİLİYİN BÜTÜN FORMALARININ LƏĞV EDİLMƏSİ HAQQINDA  KONVENSİYA


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan