Print Version   Download Zip File

Qanun Nəşriyyatı
Bakı, 1994


FRANSA RESPUBLİKASININ KONSTİTUSİYASI
(4 oktyabr 1958-ci il)
  
3 iyun 1958-ci il tarixli Konstitusiya qanununa uyğun olaraq
Respublika hökuməti mətni aşağıda verilən Konstitusiya Qanununu təklif etdi.

Fransız xalqı qəbul elədi.
Respublika Prezidenti elan elədi.


PREAMBULA

Fransız xalqı 1789-cu il Bəyannaməsi ilə təsbitlənmiş və 1946-cı il Konstitusiyası ilə təsdiqlənərək tamamlanmış insan hüquqları və milli suverenlik  prinsiplərinə sadiq qaldığını təntənəli surətdə bəyan edir.

Bu prinsiplərin, habelə xalqların öz müqəddəratını azad təyin etmə prinsiplərinin nəticəsi olaraq Respublika, ona birləşmək arzusunda olduğunu bildirən sərhədxarici xalqlara azadlıq, bərabərlik və qardaşlıq birgə idealı üzərində qurulan və bu ölkələrin demokratik inkişafına xidmət edən yeni qurumlar təklif edir.

Maddə 1. Öz müqəddəratını azad təyin etmə aktı ilə bu Konstitusiyanı qəbul edən respublika, sərhədxarici xalqlar Birlik yaradırlar.

Birlik ona daxil olan xalqların bərabərliyi və həmrəyliyinə əsaslanır.


I Bölmə

SUVERENLİK HAQQINDA

Maddə 2. Fransa bölünməz, dünyəvi, demokratik və sosial Respublikadır. O, mənşəyindən, irqindən və ya dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edir. O, bütün inanclara hörmət göstərir.
Milli emblem, üçrəngli - köy, ağ, qırmızı - bayraqdır.

Milli marş - "Marselyöza"dır.

Respublikanın devizi - "Azadlıq, Bərabərlik, Qardaşlıq"dır.

Prinsipi: xalqın tərəfindən, xalq üçün və xalqın hökuməti.

Maddə 3. Milli suverenlik xalqa məxsusdur: xalq bu suverenliyi öz nümayəndələri vasitəsilə və referendum yoluyla həyata keçirir. Xalqın heç bir təbəqəsi, heç bir fərd suverenliyi həyata keçirmək hüququnu mənimsəməyə bilməz.
Səsvermə, Konstitusiyada nəzərdə tutulmuş şərtlər daxilində birbaşa və ya dolayı ola bilər. Səsvermə həmişə ümumi, bərabər və gizlidir.

Mülki və siyasi hüquqlardan istifadə edən, yetkinlik yaşına çatmış qadın və kişi cinsli bütün fransız vətəndaşları qanunla müəyyən edilmiş şərtlər daxilində seçmək hüququna malikdir.

Maddə 4. Siyasi partiyalar və birliklər seçkilərdə; səslərin müəyyən olunmasında iştirak edirlər. Onlar azad surətdə yaranır və fəaliyyət göstərirlər. Onlar milli suverenlik və demokratiya prinsiplərinə hörmət "etməyə borcludur.


II   Bölmə

 RESPUBLİKA PREZİDENTİ

Maddə 5. Respublika prezidenti Konstitusiyaya hörmət və itaət olunmasına nəzarət edir, öz münsifliyi ilə
dövlət orqanlarının normal fəaliyyətini, habelə dövlətin irsiliyini təmin edir.
Respublika Prezidenti milli müstəqilliyin,  ərazi bütövlüyünün, Birlik ilə bağlı saziş və müqavilələrin təminatçısıdır.

Maddə 6.(1) Respublika Prezidenti ümumi və birbaşa səsvermə yolu ilə 7 il müddətinə seçilir. Bu maddənin tətbiq olunma şərtləri qanunla müəyyən edilir.

Maddə 7.(2) Respublika Prezidenti etibarlı sayılmış Səslərin mütləq əksəriyyəti ilə seçilir. Əkər ilk turda belə bir əksəriyyət əldə edilməzsə, kələn ikinci bazar günü ikinci tur keçirilir. İkinci turda yalnız iki namizəd iştirak edə bilər ki, hamıdan çox səs toplanmış olsun və ya onlardan daha çox səs toplayanlar öz namizədliklərini geri götürsünlər.
Səsvermə vaxtını hökumət özü təyin edir.

Yeni Prezident seçkiləri iş başındakı Prezidentin səlahiyyət müddətinin qurtarmasına ən azı 20, ən çoxu isə 35 gün qalmış keçirilir.

Respublika Prezidentinin postu hansı səbəblə olur-olsun, boş qaldıqda yaxud hökumətin müraciəti əsasında Konstitusiya şurası tərəfindən və Şura üzvlərinin mütləq səs çoxluğu ilə çıxarılmış qərarla Prezidentin öz vəzifələrini yerinə yetirməsinə maneə yarandıqda Respublika Prezidentinin səlahiyyətlərini 11 və 12-ci maddələrdə nəzərdə tutulmuş funksiyalar istisna edilməklə müvəqqəti olaraq senatın sədri, bu mümkün olmadıqda isə hökumət həyata keçirir.

Postun boşalması və ya prezidentin öz vəzifələrini yerinə yetirməsindəki maneənin qəti olduğunun Konstitusiya Şurası tərəfindən qəti elan edilməsi halında, yeni Prezident seçmək üçün səsvermə, buna Konstitusiya Şurasının icazə vermədiyi hallar istisna olmaqla, postun boşalmasından yaxud maneənin qəti xarakter daşıdığının elan edilməsindən ən azı iyirmi və ən çoxu otuz beş gün sonra keçirilir.

Namizədliklərin irəli sürülmə müddətinin qurtarmasına qədərki on üç gün müddətində namizədlərdən biri öldükdə yaxud onun öz vəzifələrini icra etməsinə maneələr yarandıqda, Konstitusiya Şurası seçkidən qabaqkı yeddi gün ərzində onların başqa müddətə keçirilməsi haqqında qərar verə bilər.

Namizədlərdən biri səsvermənin ilk turundan əvvəl ölərsə, yaxud onun öz vəzifələrini icra etməsinə maneələr yarandıqda Konstitusiya Şurası seçkilərin başqa vaxta keçirildiyini elan edir.

Seçkilərin ilk turunda daha çox səs toplamış ilk namizəddən biri dikər namizədlərin ikinci turdan kənarlaşdırıla bilməsinə qədər öldükdə yaxud onun öz vəzifələrinin icra etməsinə maneələr yarandıqda mümkün olmadıqda, Konstitusiya Şurası bütün seçki əməliyyatlarının yenidən aparılacağını elan edir, ikinci tura buraxılmış iki namizəddən birinin ölməsi yaxud onun öz vəzifələrini icra etməsinə maneələr yaranması halında da Şura eyni qaydayla hərəkət edir.
 
Bütün hallarda bu Konstitusiyanın 61-ci maddəsinin ikinci abzasında müəyyən edilən qayda üzrə ya da ki prezidentliyə namizəd tərəfindən, həmin adı çəkilən maddə əsasında verilmiş qanuna uyğun olaraq Konstitusiya Şurasının rəyi öyrənilir.


TAM MƏTM ZİP FİLE-dadır

Qanun Nəşriyyatı
Bakı, 1994


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan