Print Version   Download Zip File

Avropa Şurasının Nizamnaməsi
(ixtisarla)
London, 5.V.1949


Belçika Krallığının, Danimarka Krallığının, Fransa Respublikasının, İrlandiya Respublikasının, İtaliya Respublikasının, Lüksemburq Böyük Hersoqluğunun, Niderlandiya Krallığının, Norveç Krallığının, İsveç Krallığının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökumətləri:

Ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq;

Xalqlarının ümumi sərvəti və hər hansı həqiqi demokratiyanın əsaslarını təşkil edən şəxsiyyət azadlığı, siyasi azadlıq və qanunun aliliyi prinsiplərinin əsl mənbəyi olan mənəvi və əxlaqi dəyərlərə öz bağlılıqlarını yenidən təsdiq edərək;

İqtisadi və sosial tərəqqinin maraqları baxımından həmin idealların qorunması və bundan sonra da həyata keçirilməsi üçün bu fikirlərə şərik bütün Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğuna əmin olaraq;

Bununla əlaqədar, öz xalqlarının ehtiyaclarına və aydın ifadə olunmuş istəklərinə cavab vermək üçün Avropa Dövlətlərini daha sıx ittifaqda yaxınlaşdıra biləcək təşkilatın təxirə salınmadan yaradılmasının vacibliyini nəzərə alaraq;

Nəticədə Hökumətlərin nümayəndələri komitəsindən və Parlament Assambleyasından ibarət olan Avropa Şurasının təsis edilməsini qərara almış və bu məqsədlə aşağıdakı Nizamnaməni qəbul etmişlər:

 

I  f ə s i l

Avropa Şurasının Məqsədi

Maddə 1

a. Avropa Şurasının məqsədi öz Üzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədi ilə daha sıx birliyə nail olunmasıdır.

b. Bu məqsədə Şuranın orqanları vasitəsi ilə ümumi marağı əks etdirən problemlərin müzakirəsində, iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati məsələlərdə, insan hüquqları və əsas azadlıqlarının qorunması və gələcəkdə də həyata keçirilməsində razılaşmalar və ümumi fəaliyyət əsasında nail oluna bilər.

c. Avropa Şurasında iştirak üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatında və daxil olduqları digər beynəlxalq təşkilat və birliklərdə iştirakına mənfi təsir göstərməyəcəkdir.

d. Milli müdafiə ilə əlaqədar məsələlər Avropa Şurasının səlahiyyətlərinə daxil deyildir.


II  f ə s i l

Üzvlük

Maddə 2

Avropa Şurasının üzvləri bu Nizamnamənin iştirakçılarıdır.


Maddə 3

Avropa Şurasının hər bir üzvü qanunun aliliyi və onun yurisdiksiyası çərçivəsində insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsiplərini qəbul etməli və I fəsildə müəyyənləşdirildiyi kimi, Şuranın məqsədinin səmimi və səmərəli şəkildə həyata keçirilməsi sahəsində əməkdaşlıq etməlidir.


Maddə 4

3-cü maddənin müddəalarını yerinə yetirməyə can atan və buna qadir hesab edilən hər hansı Avropa Dövləti Nazirlər Komitəsi tərəfindən Avropa Şurasının üzvü olmaq üçün dəvət edilə bilər. Bu şəkildə dəvət olunmuş hər hansı Dövlət mövcud Nizamnaməyə qoşulma haqqında sənədi öz adından Baş katibə təqdim etdiyi andan üzv olacaqdır.


Maddə 5

a. Xüsusi hallarda, 3-cü maddənin  müddəalarını yerinə yetirməyə can atan və buna qadir hesab edilən Avropa Dövləti Nazirlər Komitəsi tərəfindən Avropa Şurasının assosiativ üzvü olmağa dəvət edilə bilər. Bu şəkildə dəvət olunmuş hər hansı Dövlət mövcud Nizamnaməni qəbul etməsi haqqında sənədi öz adından Baş katibə təqdim etdiyi andan assosiativ üzv olacaqdır. Assosiativ üzv yalnız Parlament Assambleyasında təmsil olunmaq hüququna malikdir.

b. "Üzv" ifadəsi bu Nizamnamədə, Nazirlər Komitəsində təmsilçiliklə əlaqədar istifadəsi istisna olmaqla, assosiativ üzvü ehtiva edir.


Maddə  6

Yuxarıdakı 4-cü və  5-ci maddələrdə  nəzərdə tutulan dəvətlər göndərilənə qədər, Nazirlər Komitəsi təklif olunacaq üzvün iştirak etmək hüququ qazanacağı Parlament Assambleyasında nümayəndələrinin sayını və onun maliyyə öhdəliyinin miqdarını müəyyən edəcəkdir.


Maddə  7

Avropa Şurasının hər bir üzvü, özünün üzvlükdən çıxmaq barədə nüyyətini formal olaraq Baş katibə bildirdikdən sonra üzvlükdən çıxa bilər. Əgər bildiriş maliyyə ilinin birinci doqquz ayı ərzində edilibsə, üzvlükdən çıxma bu barədə bildirişin edildiyi maliyyə ilinin sonunda baş verir. Əgər bildiriş maliyyə ilinin son üç ayı  ərzində edilibsə, üzvlükdən çıxma növbət

Avropa Şurasının Nizamnaməsi
(ixtisarla)
London, 5.V.1949


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan