Print Version   Download Zip File

Dünya Parlamentləri

Qulamhüseyn Əlibəyli

Redaktor: Sabit Bağırov,
Sahibkarlığa Yardım Fondu,
"Məşvərət Jurnalı", Bakı, 1998-2002

İçındəkilər
1 - Böyük Britaniya
11-  Amerika Birləşmiş Ştatları
22 - Fransa 
25 - Almaniya
33 - İtaliya
42 - İspaniya
47 - İsveçrə
55 - İsveç
62 - Avstriya
70 - Yaponiya 
78 - Kanada

* * *

Böyük Britaniya Parlamenti

1.Quruluşu və təşkili qaydası

Böyük Britaniya parlamenti müasir dünyanın ən qədim parlamentidir. İki palatadan - İcmalar Palatası və Lordlar Palatasından ibarət parlament monarxla (dövlət başçısı ilə) birlikdə Böyük Britaniyanın ali qanunverici orqanı sayılır. İngilis hüquq nəzəriyyəsi və dövlət quruculuğu təcrübəsi parlamentin üstünlüyü prinsipini qəbul edir.

Parlament başqa ölkələrdə olduğu kimi ənənəvi funksiyaları yerinə yetirir:

- xalq təmsilçiliyi,
- qanunvericilik,
- dövlət büdcəsinin qəbulu
- və hökumətin fəaliyyətinə nəzarət.


Qeyd etmək lazımdır ki, dövlət büdcəsinin qəbulu Böyük Britaniya parlamentinin ən qədim və ilk funksiyasıdır.

Səlahiyyət həddinin müəyyənləşməsi baxımından Böyük Britaniya parlamenti qeyri-məhdud səlahiyyətli parlamentlər sırasına daxildir; belə ki, qüvvədə olan qanunvericilik və Konstitusiya Aktları parlamentin səlahiyyət həddini məhdudlaşdırmır və ümumiyyətlə, müəyyən etmir. Parlamentin ölkə həyatına aid istənilən məsələni müzakirəyə qəbul və həll etmək hüququ vardır.


TAM MƏTN ZİP FİLE-dadır

Dünya Parlamentləri


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan