Print Version   Download Zip File

BMT-nin İqtisadi, Sosial və Mədəni
Hüquqlar Haqqında Pakt
Baş Məclisin 2200A(XX1) saylı 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə
qəbul edilmiş və imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır
Qüvvəyə Minməsi: 27-ci maddəyə müvafiq olaraq. 3 yanvar 1976-cı il


Bu  Paktda iştirak edən dövlətlər
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə uyğun olaraq bəşər nəslinin bütün üzvlərinə məxsus ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasını azadlıq, ədalət və sülhün əsası olduğunu nəzərə alaraq,
  bu hüquqların insan şəxsiyyətinə məxsus olan ləyaqətdən doğduğunu etiraf  edərək,
İnsan hüquqları haqqında ümumi bəyannaməyə uyğun olaraq, qorxu və ehtiyacdan azad insan şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, eləcə də mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirə biləcəyini etiraf edərək,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə dövlətlərin insanın hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsini təşviq etməyə və riayət olunmasına yardım göstərməyə borclu olduqlarını nəzərə alaraq,
ayrılıqda hər bir insanın başqalarına və mənsub olduğu kollektivin üzvlərinə münasibətdə vəzifələr daşıyaraq, bu Paktda tanınan hüquqların təşviq edilməsinə və onlara riayət olunmasına səy göstərməli olduğunu nəzərə alaraq,
aşağıdakı maddələrlə  razılaşırlar:

I HİSSƏ
Maddə 1
1. Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Onlar bu hüquqa əsasən öz siyasi statuslarını azad şəkildə müəyyən edir və özlərinin iqtisadi, sosial və mədəni inkişaflarını azad surətdə təmin edirlər.
2. Bütün xalqlar öz məqsədlərinə nail olmaq üçün öz təbii sərvətləri və ehtiyatları barəsində qarşılıqlı fayda prinsipinə və beynəlxalq hüquqa əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıqdan irəli gələn hər hansı öhdəliyə zərər yetirmədən azad sərəncam verə bilərlər. Heç bir xalq heç bir vəchlə ona məxsus yaşayış vəsiqələrindən məhrum edilə bilməz.
3. Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özünü idarə etməyən və qəyyumluq altında olan ərazilərin idarə olunması üçün məsuliyyət daşıyan dövlətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına əsasən xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət bəsləməlidirlər.

II HİSSƏ
Maddə 2
1. Bu Paktda iştirak edən hər bir dövlət fərdi qaydada və beynəlxalq yardım - o cümlədən iqtisadi və texniki sahələrdə - və əməkdaşlıq qaydasında maksimal mövcud ehtiyatlar hüdudunda bu Paktda tanınan hüquqların bütün lazımi vasitələrlə, eləcə də qanunvericilik tədbirləri qəbul edilməklə, tədricən tam həyata keçirilməsi üçün tədbirlər görməyi öhdələrinə götürür.
2. Bu Paktda iştirak edən. dövlətlər burada elan edilmiş hüquqların irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi, yaxud milli və sosial mənşəyi ilə barlı digər əqidələrindən, mülki vəziyyətindən, doğuluşundan, yaxud başqa hallardan asılı olmayaraq heç bir ayrı-seçkiliyə yol verilmədən həyata keçiriləcəyinə təminat verməyi öhdələrinə götürürlər.
3. İnkişaf etməkdə olan dövlətlər insan hüquqlarını və öz xalq təsərrüfatlarının vəziyyətini lazımınca hesaba almaqla, onların vətəndaşı olmayan şəxslərin bu Paktda tanınan iqtisadi hüquqlarını nə dərəcədə təmin edəcəklərini müəyyənləşdirə bilərlər.
Maddə 3
Bu Paktda iştirak edən dövlətlər kişi və qadınların bu Paktda nəzərdə tutulan bütün iqtisadi, sosial və mədəni hüquqlarından bərabər istifadə etmələrinin təmin olunmasını öhdələrinə götürürlər.
Maddə 4
Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu 1)akta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
Maddə 5
1. Bu Paktda heç nə hər hansı bir dövlətin, hər hansı bir insan qrupunun, yaxud kiminsə bu Paktda tanınan hüquq və azadlıqlardan "hər hansı birini ləğv etməyə, yaxud onları bu Paktda nəzərdə tutulduğundan çox məhdudlaşdırmağa yönəldilmiş hansısa fəaliyyətlə məşğul olmaq, yaxud hansısa hərəkətlərə yol vermək hüququna malik olması kimi yozula bilməz.
2. Hər hansı bir ölkədə qanunla, konvensiyalarla, qayda, yaxud adətlərlə tanınan, yaxud mövcud olan əsas insan hüquqlarından heç biri həmin hüquqların bu Paktda qəbul edilməməsi, yaxud məhdud həcmdə qəbul edilməsi bəhanəsilə məhdudlaşdırıla, yaxud onların əhəmiyyəti azaldıla bilməz.

III HİSSƏ
Maddə 6
1. Bu Paktda iştirak edən dövlətlər hər kəsin, ruzi qazanmaq imkanı daxil olmaqla, sərbəst şəkildə seçdiyi, yaxud sərbəst şəkildə razılaşdığı əmək hüququnu tanıyır və bu hüququn təmin olunması üçün lazımi addımlar atacaqlar.
2. Bu Paktda iştirak edən dövlətlərin həmin hüququn tam həyata keçirilməsi məqsədilə görməli olduqları tədbirlərə texniki-peşə təlimi və hazırlıq proqramları, durmadan iqtisadi, sosial və mədəni inkişafa, insanın əsas siyasi və iqtisadi azadlıqlarına təminat verilməsi şəraitində tam istehsalat məşğulluğuna nail olmağın yol və üsulları daxildir.
Maddə 7
Bu Paktda iştirak edən dövlətlər hər bir insanın ədalətli və əlverişli əmək şəraiti hüququnu tanıyır. Bu hüquqa, o cümlədən, aşağıdakılar daxildir:
a) bütün zəhmətkeşlərə minimum aşağıdakıları təmin edən haqq:
i) heç bir fərq qoyulmadan eyni dəyərə malik əmək üçün ədalətli əmək haqqı və bərabər ödəniş; həm də qadınlara eyni əməyə görə bərabər haqq ödənməklə, kişilərin istifadə etdiklərindən pis olmayan əmək şəraiti təmin edilməlidir;
ii) bu Paktın qərarlarına müvafiq olaraq onların özləri və ailələri üçün qənaətbəxş güzəran;
b) təhlükəsizlik və gigiyena tələblərinə cavab verən iş şəraiti;
c) müvafiq olaraq daha yüksək vəzifələrə irəli çəkilmək üçün hamıya yalnız iş stajı və ixtisas səviyyəsi əsasında eyni şərait yaradılması;
d) istirahət, asudə vaxt və it vaxtının ağlabatan şəkildə məhdudlaşdırılması və ödənişli vaxtaşırı məzuniyyət, eləcə də bayram günləri üçün haqq.

TAM MƏTN ZİP FİLE-dadır

  

BMT-nin İqtisadi, Sosial və Mədəni
Hüquqlar Haqqında Pakt
Baş Məclisin 2200A(XX1) saylı 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə
qəbul edilmiş və imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır
Qüvvəyə Minməsi: 27-ci maddəyə müvafiq olaraq. 3 yanvar 1976-cı il


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan