Print Version   Download Zip File

Avropa Şurasının Parlament Assambleyası

Şərh N. 222(2000)

Azərbaycanın Avropa Şurasına üzvlüklə bağlı müraciəti
(Avropa Şurasının məlumatlar bazasından çıxanş. İyun 2000)

1. Azərbaycan 1996-cı il 13 iyulda Avropa Şurasına üzvlüklə bağlı müraciət etmişdir.
Nazirlər Komitəsi 1996 cı il 11 Sentyabr Qətnaməsinə əsasən ParlamentAssambleyasından bu müraciətə 51  (30 A) Qanuni Qətnaməyə uyğun olaraq baxılmasmı xahiş etmişdir.

2. 1996 cı il 28 iyunda Azərbaycan Parlamenti Avropa  Şurasının Parlament Assambleyasında Xüsusi Qonaq Statusunu almışdır. Bu müraciətə 1994-sü ildə 1274-ci Avropa Şurasının genişləndirilməsi ilə bağlı təklifi əsasında baxılmışdır. Bu təklifdə qeyd olunmuşdur ki, Azərbaycan, Ermənistan və Gürcüstanın Avropa ilə mədəni əlaqələrini nəzərə alsaq, onlar müraciət etməklə Avropanın bir hissəsi olmaq arzularını ifadə etmişlər.

3. Assambleyanın nümayəndə heyəti  1995-ci ilin Noyabrında ümumi,  1998-ci ilin oktyabrında prezident seçkilərini müşahidə etmişlər. Avropanın Yerli və Regional Hakimiyyət  Orqanları  Konqresinin  (AYRHOK)  nümayəndə  heyəti 1999-cu  ilin dekabrında və 2000-ci ilin martında ilk bələdiyyə seçkilərini müşahidə etmişdir. Bəzi seçkilərdə ciddi nöqsanlarm olduğu qeyd olunmuşdur. Beləliklə Assambleya gələcək parlament seçkilərini müşahidə edəcəklər.

4. 1996-cı ildən Azərbaycan dövlətlərarası əməkdaşlıq və yardımçı proqramlar vasitəsilə Avropa Şurasının müxtəlif tədbirlərində iştirak etməyə başlamışdır. Xüsusi Qonaq Statuslu nümayəndə heyəti isə Assambleyanın işində və komitələrində yaxından iştirak etmişdir.

5. Azərbaycan aıtıq Avropa Mədəniyyət Konvensiyasının, Avropada Ali  Təhsil diplomlarının tanınması haqda Konvensiyanın, o cümlədən Təbii və Texniki qəzalarla mübarizə, qoruma, və yardım Təşkilatının və Açıq Razılaşmanın tərəfdarıdır. 2000-ci ilin martmda ölkədə daha səkkiz Avropa Konvesiyasının təsdiqlənməsi haqda qanunlar imzalanmışdır.  Tezliklə Azərbaycan  həmin  Konvensiyaların  da tərəfdarı olacaq.  Azərbaycanın Avropa Şurasının konvensiyalarını qəbul etməsi gələcəkdə də nəzərə alınacaq.

6. Assambleya Azərbaycanı insan hüquqlarımn qorunduğu və qanunun aliliyinin təmin olunduğu demokratik, pluralist cəmiyyət uğrunda irəliləyən bir dövlət hesab edir. Avropa Şurası nizamnaməsinin 4-cü bəndinə əsasən Azərbaycan qanunvericiliyini və onun tətbiqini Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün demokratik islahatları davam etdirməlidir.

7. Azərbaycanda 1998-ci ildə ölüm hökmünün ləğvi Assambleyanı razı salmışdır.

8. Azərbaycanın üzvlüklə bağlı müraciəti ilə bağlı müzakirələrdə Nazirlər Kabineti Qafqaz ölkələri ilə Avropa arasında yaxın münasibətlərdə olduğunu bir daha xatırlatmış və Avropa Şurasının əsas demokratik islahatların həyata keçiıilməsinin, o cümlədən konfliktlərin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulamışdır.

9. Parlament Assambleyası həm Azərbaycanın həm də Ermənistanın qəbulunun Dağlıq Qarabağ konfliktinin həlli üçün vacib olan etibarlılıq mühitinin yaranmasına yardım edəcəyinə inanır.


TAM MƏTN ZİP FİLE-dadır

Avropa Şurasının Parlament Assambleyası


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan