Print Version   Download Zip File

Robert A. Dahl
"Demokratiya
Haqqında"
FAR CENTRE

III HİSSƏ. Real Demokratiya


8-ci FƏSİL.
İri sosium demokratiyası
hansı siyasi institutları tələb edir?


"Dövlət demokratik qaydada idarə olunur" ifadəsi nəyi bildirir? 
Bu fəsildə biz əsas diqqəti iri miqyaslı demokratiya üçün, yəni demokratik dövlət üçün hansı siyasi institutların vacib olması məsələsi üzərində cəmləyəcəyik (burada, demokratiyanın məsələn, hansısa bir komitə kimi kiçik birlik barəsində irəli sürdüyü tələblərindən danışılmayacaq).  Biz daim nəzərə almalıyıq ki, hər bir real fəaliyyət göstərən demokratik sistem kitabın II hissəsində təsvir edilmiş və 4-cü cədvəldə sxem şəklində göstərilmiş demokratiya meyarlarına tam dərəcədə cavab vermir.  Və nəhayət, yadda saxlamaq lazımdır ki, bu fəsildə, eləcə də bütün fəsillərdə "demokratiya" sözü müəyyən ali məqsədlə, eləcə də bu idealdan az və ya çox məsafədə uzaq olan müəyyən real sistemlə əlaqədar işlədilir.  Ümidvaram ki, oxucu demokratiya, demokratik, demokratik idarəetmə, demokratik ölkə və s. bu kimi anlayışların tətbiqindəki lazımi fərqləri görə biləcək.


Sözlər haqqında bir neçə söz

Siyasi sazişlər müvəqqəti xarakter daşıyır: onlar adətən qeyri-demokratik idarəetmə sisteminin daha fəaliyyət göstərmədiyi ölkələrdə yaranır. Biz prosedurlardan və ya praktikadan danışarkən, bir qayda olaraq müəyyən adət halını almış, kök salmış və deməli daha uzun müddətli və möhkəm olan hansısa qaydanı nəzərdə tuturuq. Və nəhayət, institutlar anlayışı uzun müddətə hesablanmış və nəsildən-nəslə, sanki irsən ötürülən təşkilatları ehtiva edir.  Ölkə qeyri-demokratik idarəetmədən demokratik idarəçiliyə keçdikdə, ilk öncə yaranmış sazişlər tədricən kök salmış qaydaya (praktikaya), o da öz növbəsində institutlara çevrilir.  Bu üç anlayışı bir-birindən fərqləndirmək faydalı olsa da, niyyətimizin icrası naminə bu fərqləri unutmaq və onlardan yalnız birini - institutlar ifadəsini işlətmək münasib olar.

Beləliklə, əgər ölkə demokratik qaydalar əsasında idarə olunursa, ona qarşı hansı tələblər irəli sürülür?  Orada ən azı müəyyən siyasi razılaşmalar, prosedurlar, institutlar işləməlidir, bunlar ölkənin demokratik meyarlara tam cavab verməsinə kömək edə bilməsələr də, ideala doğru yolda onu xeyli irəliyə apara bilərlər.


TAM MƏTN ZİP FİLE-dadır

 

 

Robert A. Dahl
"Demokratiya
Haqqında"
FAR CENTRE


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan