Print Version   Download Zip File

DAXİLİ SİYASƏT VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR (2002)

PETER GOUREVITCH

Sovet İttifaqı və Birləşmiş Ştatlar əlli il ərzində biri sosialist, digəri kapitalist olduğu üçünmü mübarizə aparırdılar? Yoxsa bu, onların qlobal sistemin klassik təhlükəsizlik dilemmasına qaçılmaz olaraq qapadılmış iki əsas gücü kimi dünyadakı vəziyyətindən irəli gəlir? Bütün ölkələr demokratik olsaydı Vudro Vilsonun (Woodrow Wilson) proqnozlaşdırdığı kimi hər yerdə sülhmü olardı? Latın Amerikası və Şərqi Asiyada yaranan demokratiyaların səbəbi hər ölkənin daxilindəki qüvvələrdir, yoxsa onların siyasi sistemləri beynəlxalq qüvvələr tərəfindən formalaşdırılır? Bu suallar daxili siyasətin dünyada baş verən hər bir strateji qarşılıqlı təsirin, yəni beynəlxalq əlaqələrin başa düşülməsində mərkəzi olduğunu göstərir (Bueno de Mesquita, 2000; Lake və Powell, 1999). Beynəlxalq əlaqələr və daxili siyasətin kifayət qədər dərindən qarşılıqlı təsirdə olduğu artıq mübahisəli bəyanat kimi səslənmir (Kahler, 2001; Keohane və Milner, 1996; Muller və Risse-Kappen, 1993; Zürn. 1993). Beynəlxalq əlaqələrin başa düşülməsində daxili siyasətin qiymətləndirilməsi son iki onillik ərzində birqiymətli olaraq artmışdır. Daxili siyasət haqqında işləri ruhlandırmaq və legitimləşdirmək üçün Putnam-ın (1988) iki səviyyəli oyun bənzətməsinə geniş iqtibas edilmişdir. Əhəmiyyətli miqdarda ədəbiyyat maraq qruplarının, daxili təsisatların, ideyaların, qeyri-hökumət təşkilatlarının, beynəlmiləl vətəndaş cəmiyyəti əlaqələrinin və bu müəllifin (Gourevitch, 1978) beynəlxalq təzyiqlərin daxili siyasətə təsirini və bunun beynəlxalq əlaqələrə əks təsir göstərən nəticələrini nəzərə almaq üçün işlətdiyi «ikinci əks təsvirin» ('the second image reversed') (Gourevitch, 1978) rolunu tədqiq edir. Onilliklər ərzində söhbətlər «səviyyələr» anlayışı və ya Waltz-un (1959) dilində «təsvirlər» (obrazlar) – sistem (anarxiya ilə xarakterizə edilən üçüncü obraz), dövlət (təsisatlar və sosial-iqtisadi strukturlarla xarakterizə edilən ikinci obraz) və fərd (fərdi psixologiya ilə xarakterizə edilən birinci obraz) ətrafında strukturlaşmışdır. Əslində, uzun illər ərzində gerçəkliyi əhatə etmədikləri üçün, bu fərqlər bizim sahəmizdə intellektual həyatı da artıq məşğul etmirlər. Anarxiya və təsisatlanma mühüm fərqlərdir, lakin onlar səlt mühitin uc nöqtəsidir və daxili siyasəti beynəlxalqdan fərqləndirmir (Lake, 1998). Beynəlxalq həyatın Avropa Birliyi, poçt və telefon rejimi, diplomatik mübadilə qaydaları kimi müxtəlif cəhətləri yüksək dərəcədə təsisatlanmışdır. Şəhər viranəliklərindəki quldur dəstələri, vətəndaş müharibələrinin parçaladığı ölkələrdəki müharibə kralları kimi çoxlu sayda daxili şərait isə anarxikdir. Beynəlxalq və daxili hər ikisi «siyasətdir». Onların hər ikisi eyni kateqoriyalar və anlayışlar vasitəsilə başa düşülə bilər. Gerçək sual bu iki «səviyyənin» fərqli olması və ya olmaması deyil, onların şəksiz qarşılıqlı təsirini necə öyrənməkdir...

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

DAXİLİ SİYASƏT VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR (2002)


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan