Print Version   Download Zip File

DÖVLƏT, SUVERENLİK VƏ ƏRAZİ (2002)

THOMAS J. BIERSTEKER

Dövlət, suverenlik və ərazi anlayışları beynəlxalq əlaqələrin öyrənilməsi və praktikasında mərkəzi mövzudur. Alimlərin bir neçə nəsli ərzində dövlət anlayışı beynəlxalq siyasətdə başlıca mövzu və təhlil vahidi olmuşdur (Morgenthau, 1948; Waltz, 1979). Suverenlik prinsipi, xüsusən də özünün kodeksləşdirilmiş formasında, Otuz İllik Müharibədən bu yana beynəlxalq münasibətlərdə nizamın mərkəzi özüllərindən birini təmin etmişdir. Keçmiş yüzilliklərin mühüm dövlətlərarası müharibələrinin faktik olaraq hər birində ərazi mübahisələri, və ya əraziyə nəzarət uğrunda mübarizə rol oynamışdır. (Agnew, 1998; Mackinder, 1904). Lakin, dövlətin formaları, suverenliyin mənaları və ərazilik (teritoriallıq) konsepsiyaları zaman və məkandan asılı olaraq nə qeyd edilmiş, nə də sabit olmayıb. On yeddinci əsrin mütləqiyyətçi dövlətləri on doqquzuncu və iyirminci əsrlərin liberal dövlətlərindən köklü surətdə fərqlənir. Suverenliyin Fransa İnqilabına qədər üstünlük təşkil edən mənası suverenlik haqqında bugünkü iddialara və onların təsdiqinə yalnız qismən bənzəyir. İyirminci əsrin çox hissəsi ərzində Avropa dövlətlərini ayıran və müəyyən edən güclü silahlandırılmış ərazi sərhədlərinə iyirmi birinci əsrin əvvəlinə yaxın fundamental surətdə yenidən baxılmışdır. Beynəlxalq münasibətlər alimləri üçün ən mühüm problemlərdən biri dövlət, suverenlik və ərazinin müxtəlif mənalarının müəyyənləşdirilməsi, onların mənşələrinin başa düşülməsi, onların mənalarının dəyişməsinin anlanılması, qarşılıqlı əlaqələrinin təhlili və onların çevrilmələrinin xarakterizə edilməsidir. Bu fəslin məqsədi mənalarında iyirminci əsr ərzində bu mərkəzi anlayışların baş vermiş mühüm dəyişiklikləri göstərmək, və bu haqda fikirləşməyin müəyyən yollarını təklif etməkdir...

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

DÖVLƏT, SUVERENLİK VƏ ƏRAZİ (2002)


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan