Print Version   Download Zip File

DİPLOMATİYA, SÖVDƏLƏŞMƏ VƏ DANIŞIQLAR (2002)

CHRISTER JUNSSON

Beynəlxalq sövdələşmə və danışıqlar beynəlxalq əlaqələr (BƏ) tədqiqatlarının geniş və rəngarəng ədəbiyyata və orta-diapazonlu nəzəri mülahizələrin nüfuzlu miqdarına malik, nisbətən daha yaxşı müəyyən edilmiş alt-sahəsini təşkil edir. Təəccüblü də olsa, beynəlxalq danışıqların böyük əksəriyyətinin baş verdiyi institusional struktur olan diplomatiya nəzəriyyənin nisbətən daha az inkişaf etdirilmiş sahəsidir. Hər halda bu, bu qısa xülasə üçün məntiqi çıxış nöqtəsini təmin edir. Beləliklə, bu fəsil dəyişən konseptual anlayışlar və mövzuların ümumi nüvəsi terminlərində, diplomatiya haqqında akademik ədəbiyyatın diqqətlə nəzərdən keçirilməsi ilə başlayır. Sonra, 1960-cı illərdən bu yana beynəlxalq danışıqların nəzəri yönümlü tədqiqatlarının təkamülünün izlənilməsinə, mədəniyyətin rolu, simmetriya/asimmetriya, əlavə təsirlər, vasitəçilik və çoxtərəfli danışıqlar, institusional qoyulmuşluq və danışıqlar dinamikasının müxtəlif anlamları da daxil olmaqla, bir çox əlaqədar cəhətlərlə bağlı toplanmış nəticələrin və tapıntıların müəyyən edilməsinə keçilir. DİPLOMATİYA Diplomatiya beynəlxalq əlaqələrin «baş təsisatı» (Wight, 1978: 113) və ya daha prozaik desək «mühərrik bölməsidir» (Cohen, 1998). Bu və ya digər yarlıqlar diplomatiyanı biz bildiyimiz qaydada dövlətlərarası əlaqələri həyata keçirməyin mühüm təsisatı kimi təyin edir. Bundan başqa, diplomatiya elastik təsisat olduğunu təsdiq etmişdir; o, xalq suverenliyinin və XIX əsrin millətçiliyinin təhdidlərindən sağ çıxan bir neçə beynəlxalq təsisatdan biridir (Sharp, 1999: 56). Özünün mərkəzi roluna baxmayaraq, BƏ alimləri arasında diplomatiyaya təəccüblü dərəcədə az diqqət verilmişdir. Diplomatiya haqqında Francois de Calliere-in De la maniere de negocier avec les Souverains (1716, 1919), Ernest Satow-un Guide to Diplomatic Practice (1917) və Harold Nicolson-un Diplomacy-si (1939)1 kimi klassik əsərləri alimlər yox, praktiklər yazmışlar. Diplomatiyanın mövcud olan çox az sayda ixtisaslaşmış akademik tədqiqatları BƏ tədqiqatlarının qalan hissəsi üçün «xaric və demək olar ki, əlaqəsiz olmağa meyl göstərir» (Sharp, 1999: 34). Nəticədə diplomatiya geniş nəzəri mülahizələrin obyekti olmamışdır (müqayisə et. Der Derian, 1987a: 91)...

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

DİPLOMATİYA, SÖVDƏLƏŞMƏ VƏ DANIŞIQLAR (2002)


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan