Print Version   Download Zip File

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE

“XIV Bənd”lik Nitq (1918) Vudro Vilson

Birləşmiş Ştatlar “Böyük müharibəyə” qoşulmaq istəmirdi və prezident Vudro Vilsonun (Woodrow Wilson) hökuməti öz ölkəsinin neytral vəziyyətdə qalması üçün əlindən gələni etmişdi. Lakin son nəticədə “Antanta” dövlətlərinin israrlı çağırışlarına və Almaniyanın sualtı qayıqlarının əməliyyatlarının bərpa edilməsinə cavab olaraq 1917-ci ilin aprel ayında Birləşmiş Ştatlar “Üçlər İttifaqı”na müharibə elan etdi. Avropa ölkələri bir neçə il idi ki, müharibəyə hazırlaşırdı və gizli sazişlərin mürəkkəb şəbəkəsi müxtəlif millətləri birləşdirmişdi. Həm Antanta, həm də Üçlər İttifaqı öz düşmənlərinin müstəmləkə ərazilərini ələ keçirməyə çalışırdı, lakin Birləşmiş Ştatlar bu sazişlərin heç birində iştirak etmirdi və prezident Vudro Vilson bütün qüvvəsini sərf edərək, bu müharibəni başa çatdırmaq üçün elə yollar axtarırdı ki, bütün düşmən tərəflər yeni, sabit dünyanın qurulmasında bərabər əsasda iştirak edə bilsinlər. Amerika bu münaqişəyə qovuşandan əvvəl də, ondan sonra da Vilson müharibə aparan tərəfləri bu müharibədə öz məqsədlərini açıq bəyan etməyə çağırırdı, lakin bu məqsədlərin çoxu ərazi iddiaları ilə bağlı olduğundan, vuruşan tərəflərin hər ikisi bundan imtina edirdi. Nəhayət, səbr kasası dolub daşan Vilson sabit dünya qurmağın əsas şərtlərindən ibarət proqramla 1918-ci il yanvarın 8-də Konqres qarşısında çıxış etdi. Sonradan “XIV bənd” adlanan bu proqramda dəniz gəmiçiliyinin azadlığı, gizli sazişlərdən imtina edilməsi, öz müqəddəratını təyin etmək prinsipinin həyata keçirilməsi, müxtəlif ərazi dəyişiklikləri barədə təkliflər və ən əhəmiyyətlisi – sülhün təmin edilməsi naminə güc tətbiq etmək mexanizminə malik olması nəzərdə tutulan Millətlər Liqası yaratmaq barədə təklif vardı. “XIV bənd” proqramı bir neçə səbəbə görə xüsusi əhəmiyyət kəsb edirdi. Əvvəlan, bu proqram Amerikada “proqressivizm” adı ilə məşhur olan daxili islahatın məqsədlərinin çoxunu xarici siyasətə şamil edirdi. Sərbəst ticarət, gizli sazişlərdən imtina edilməsi, demokratiya və öz müqəddəratını təyin etmək anlayışları, sadəcə olaraq, islahatçıların iyirmi il müddətində dəstəklədikləri daxili siyasi islahatlar proqramının variantları idi. İkincisi, “XIV bənd” proqramının müddəaları müharibə iştirakçılarının hər hansı biri tərəfindən aşkar bəyan edilmiş yeganə məqsədlər idi. Beləliklə, həmin məqsədlər Almaniyanın təslim olması barədə sazişin əsası və sülh müqaviləsi bağlanmasına nail olmaq üçün yeganə meyarlar oldu.

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan