Print Version   Download Zip File

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE

Atlantik Xartiyası (1941)

Yaponlar 1941-ci ilin dekabrında Pirl Harbora hücum edənə qədər Birləşmiş Ştatlar müharibəyə qatılmadı. Lakin hələ 1941-ci ilin baharında Konqres Lend Liz (Lend Lease) proqramını bəyəndi və Şarlotsvilldə (Virciniya Ştatı) Ruzveltin vəd etdiyi kömək, həmin vaxt Uinston Çörçillin (Winston Churchill) baş nazir olduğu Böyük Britaniyaya gəlməyə başladı. Faşizmə qarşı müharibənin məqsədləri barədə birgə bəyanat qəbul etmək üçün 1941-ci ilin iyulunda Ruzvelt və Çörçill Nyufaundlənd sahilindəki Argentiya körfəzində, hərbi gəmidə ilk dəfə görüşdülər. Vudro Vilsonun “XIV bəndi” Birinci Dünya müharibəsində ölkənin məqsədlərini əks etdirdiyi kimi, Atlantik Xartiyası (Atlantic Charter) da müttəfiqlərin İkinci Dünya müharibəsində məqsədlərini əks etdirirdi. Güman edilirdi ki, bir ay əvvəl Almaniyanın hücum etdiyi Sovet İttifaqı da Xartiyanı imzalayacaq. Lakin dövlətlərin, keçmişdəkindən fərqli olaraq, hərbi ittifaqlara söykənməkdən və nüfuz dairələri prinsipindən imtina etməli olduğu “vahid dünya” ideyası İosif Stalini çox da cəlb etmirdi; düzünü desək, bu ideyalar Çörçilli də o qədər ruhlandırmırdı. Yalnız Vilson hökumətinin üzvü olan Ruzvelt, münaqişələri həll edən və sülhü qoruyan demokratik bir beynəlxalq təşkilatın idarə edəcəyi vahid dünyanın mümkünlüyünə ürəkdən inanırdı.

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan