Print Version   Download Zip File

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski

Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmət Hacızadə 

Demokratiya və Xarici Siyasət (1990)

Sovet İttifaqının çökməsi, Berlin səddinin və Şərqi Avropa kommunist blokunun – “Şər imperiyasının” süqutu amerikanların çoxu qarşısında belə bir sual qoydu –gələcəkdə ABŞ-ın xarici siyasəti necə olmalıdır? İkinci Dünya müharibəsi başa çatandan sonra təxminən 40 ildən artıq idi ki, Amerikanın xarici siyasəti kommunist ekspansiyasını “cilovlamaq” siyasəti üstündə qurulmuşdu. Dünyaya amerikan baxışı çox sadə idi: Yer üzündə xeyir və şər adında iki qüvvə mövcuddur və Birləşmiş Ştatlar öz nüfuzunu məhz kommunist şər-xatası ilə mübarizədə istifadə etməyə borcludur. “Cilovlama” prinsipi səmərəli oldu. Belə ki, Amerikanın hər iki siyasi partiyası və ictimaiyyəti belə xarici siyasətə dəstək verdi. 1980-ci ilin ortalarında amerikanların çoxu bu fikirdəydi ki, “gərginliyi azaltmaq” (detente) yolunda Sovet İttifaqı ilə Birləşmiş Ştatlar arasında hərbi sahədə güzəştlər nüvə müharibəsinin qarşısını almaq üçün ən yaxşı vasitədir. Bəs, dediyimiz ssenari öz aktuallığını itirəndən sonra görəsən, Amerikanın xarici siyasəti hansı prinsiplər üstündə qurulmalıdır? Dövlət katibi Ceyms Beyker (James Baker) 1990-cı ilin martında “Beynəlxalq Siyasət üzrə İctimai Şura”da (World Affairs Council) söylədiyi nitqində məhz bu məsələyə toxundu. Onun irəli sürdüyü təklif sadə olduğu qədər də aydın idi – Birləşmiş Ştatlar bundan sonrakı xarici siyasətində əsas meyar olaraq demokratiya siyasətini daha qabarıq yeritməlidir. Belə bir xarici siyasət – dünyada rast gəlinən demokratik dəyərləri yaymaq və demokratiyanı mümkün edən iqtisadi islahatlara dəstək verməkdir. Hər hansı digər siyasət, Beykerin fikrincə, Birləşmiş Ştatların özülündə dayanan dəyərlərə zidd xarakter daşımış olacaqdır.

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan