Print Version   Download Zip File

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmət Hacızadə  

Şəxsi Azadlıq haqqında Massaçusets Aktı (1855)

Konstitusiyanın IV maddəsinin ikinci bölməsinə əsasən tələb olunurdu ki, ştatlar qaçqın qulları bir-birinə təhvil versinlər, lakin köləliyin ləğv edilməsi uğrunda hərəkat gücləndikcə ştatlar nəinki qaçqın qulları təhvil verməkdən imtina etməyə, hətta qulları öz sahiblərindən müdafiə etməyə başladılar. 1850-ci ildə qəbul edilmiş və əsas məqsədi Şimal ilə Cənub arasındakı gərginliyi azaltmaqdan ibarət olan “Kompromislər”ə müvafiq olaraq, Konqres qaçqın qullar barəsində yeni, daha sərt qanun qəbul etdi. Bu qanun quldarları o qədər açıq-aşkar dəstəkləyirdi ki, abolisionistlər üçün həmin qanun əsas hədəfə çevrilmişdi. Şimal ştatlarının bir neçəsi yeni qanuna cavab olaraq köləliyi dəstəkləyən federal qanunların tələblərinə qadağa qoyan “Şəxsi Azadlıq haqqında Aktlar” qəbul etdi. Bu aktlar başqa məsələlərlə yanaşı, şəxsiyyətin toxunulmazlığı haqqında qanunun (Habeas Corpus Act) tətbiq edilməsinə, andlılar məhkəməsinə müraciət etmək və qaçqınları nəinki müdafiə edən, həmçinin məhkəmə araşdırmasının bahalı olması səbəbindən quldarların məhkəmədə işi udmaq şanslarını çətinləşdirən digər hüquqi tədbirlər görülməsinə zəmanət verirdi. “Şəxsi Azadlıq haqqında Massaçusets Aktı” 1854-cü ildə Entoni Börns (Anthony Burns) adlı qulun tutulub təhvil verilməsi ilə əlaqədar olaraq cəmiyyətdə yaranmış etiraz dalğasında qəbul edilmişdir. Qəzəblənmiş abolisionistlər kütləsi Börnsü xilas etməyə cəhd göstərirdi. Bu hadisələr zamanı bir nəfər keşikçi də öldürülmüşdü, Börnsün özünü isə güclü federal mühafizə dəstəsinin müşayiəti ilə geriyə, Virciniyaya yatab etmişdilər. Təxminən elə həmin vaxtda Konqres tərəfindən qəbul edilmiş “Kanzas və Nebraska Aktı”nda, mahiyyət etibarilə, cənubluları öz qullarını əvvəllər quldarlıqdan azad ərazi sayılan Luiziana ərazisinə gətirməyə açıq dəvət idi. Həmin ərazi əvvəllər quldarlıqdan azad ərazi hesab edilirdi. 1855-ci ildə Massaçusets Qanunverici Məclisi “Massaçusets Birliyi Xalqının Hüquq və Azadlıqlarının Müdafiəsi haqqında Akt” kimi ötkəm bir ada malik olan qanun qəbul etdi. Bu qanunun əsas müddəaları qaçqın qulların geri qaytarılmasına şərait yaratmış dövlət məmurlarını vəzifədən kənarlaşdırmağa çağıran bölmələrdə ifadə edilmişdi. Şəxsi azadlıq haqqında bu qanunlar şimallıların əsas hissəsinin quldarlığa qarşı get-gedə artan mübarizəsini əks etdirir, Cənubda isə lənətlənirdi.

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

 “ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmət Hacızadə  


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan