Print Version   Download Zip File

“ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmət Hacızadə 

Mülki Hüquqlar Haqqında Akt (1964), Prezident L.B. Conson  

1963-cü ildə Con Kennedinin öldürülməsi vətəndaş hüquqları uğrunda mübarizə aparan fəalların çoxuna böyük zərbə oldu. Harri Trumənin dövründən sonra Kennedi zəncilərin hüquq bərabərliyi üçün çalışan ilk prezident idi, onu əvəz edən Lindon Beyns Conson (Lyndon Baines Johnson) haqqında isə az məlumat vardı. Conson 1957-ci il Mülki Hüquqlar haqqında Aktın həmmüəllifi olsa da, bu hələ kafi deyildi və heç kəs bilmirdi ki, Texasdan çıxmış bu şəxs Kennedinin siyasətini davam etdirəcək, yoxsa öz cənublu dostlarının yedəyində gedəcək. Lakin 1963-cü ilin 27 noyabrında prezident kimi ilk dəfə Konqresə və Amerika xalqına müraciət edən Conson, öldürülən Kennediyə abidə olaraq, mülki hüquqlar barədə qanunu qəbul etməyə çağırdı. O, “Gəlin davam etdirək” deyərək vəd etdi ki, “dKennedi tərəfindənd belə fədakarlıqla müdafiə olunan ideya və ideallar həyata keçirilməlidir və keçiriləcək”. Kennedi ayrı-seçkiliyə qarşı öz mübarizəsinin ideoloji əsaslandırılmasında güclü olduğu kimi, Lindon Conson da parlament mübarizəsinin ustası idi və bu sahədə öz parlaq istedadından, eləcə də prezidentlik nüfuzundan bu qanunun müdafiə olunmasında istifadə etdi. 1964-cü ilin 10 fevralında Nümayəndələr Palatası böyük səs çoxluğu ilə (130-a qarşı 290) bu qanunu qəbul etdi. Lakin hamı başa düşürdü ki, əsas mübarizə Senatda olacaq, çünki onun reqlamenti qanunların qəbul olunmasını həddən artıq uzatmağa imkan verir. Əvvəllər bu reqlament cənublulara insan hüquqları sahəsində az qala bütün qanun layihələrini rədd etməyə imkan vermişdi. Lakin Conson Senatı yola gətirmək üçün özündə olan bütün imkanlardan istifadə etdi. Bundan əlavə, mülki hüquqlar uğrunda hərəkatın liderləri bu qanunun qəbul edilməsini müdafiə etmək üçün kütləvi kompaniya apardılar, o cümlədən Konqres binası yanında bütün dinlərin və irqlərin liderlərinin də iştirak etdiyi böyük nümayiş keçirtdilər. Bu strategiya özünü doğrultdu və iyunda Senat bu qanun ətrafında müzakirələri artıq uzatmamaq qərarına gəldi. Bir neçə həftədən sonra qanun layihəsi qəbul edildi və mülki hüquqlara aid milli qanunvericiliyin ən mühüm tərkib elementinə çevrildi. 1964-cü ilin 2 iyulunda prezident Conson bu qanun layihəsini təsdiq etdi.

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏNİ BASIN

“ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE, redaktor Hikmət Hacızadə 


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan