Print Version   Download Zip File

SİVİLİZASİYALARIN TOQQUŞMASI?

Səmyuel P. Hantinqton «Foreign Affairs»,jurnalı, 1993-cü ilin yayı

İngiliscədən Azərbaycan türkcəsinə çevirəni Niyazi Mehdidir

QARŞIDAN GƏLƏN KONFLİKTİN MODELİ

Dünya siyasəti yeni fazaya girməkdədir. İntellektuallar isə üstümüzə onun gələcəkdə hansı qiyafədə olması haqqında gümanlar yağdırırlar: tarixin sonu, millət-dövlətlərinin ənənəvi rəqabətə qayıtması, müxtəlif yönlərə - tayfaçılığa, qlobalizmə və s. aparan tendensiyaların basqısı altında millət-dövlətlərin böhrana düşməsi. Bu sadalananların hərəsi yaranan gerçəkliyin yalnız bir yönünü tuta bilir. Ancaq onların hamısı əsas nöqtəni, əslində, problemin mərkəzindəki aspekti tuta bilmirlər. Mənim gümanım isə belədir: yeni yaranan dünyada indən belə konfliktlərin başlıca qaynağı nə ideologiya olacaq, nə də iqtisadiyyat. İnsanlığın önəmli sərhədlərlə bölünməsi və konfliktlərin başlıca qaynaqları mədəniyyətdən gələcək. Düzdür, millət-dövlətləri beynəlxalq aləmdə çox güclü tərəflər kimi qalacaqlar, ancaq qlobal siyasətin prinsipial konfliktləri başqa-başqa sivilizasiyalara aid olan millətlər, qrupları arasında baş verəcək. Sivilizasiyaların toqquşması dünya siyasətinin başlıca amili olacaq. Sivilizasiyalar arasından keçən çatlar gələcək cəbhələri ayıracaq cızıqlardır.

 TAM METNİ OXUMAQ ÜCÜN YUXARIDAKI YAŞİL DÜYMENİ BASIN

SİVİLİZASİYALARIN TOQQUŞMASI?


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan