Print Version   Download Zip File

V. Şekspir-zadə «HAMLET bəy» 1601 il

İştirak edənlər

Klavdi – seçkiləri təzəcə udmuş yeni Ümummilli lider

Şahzadə Hamlet bəy – vəfat etmiş Ümumtürk liderinin oğlu və seçkilərdə uduzmuş müxalifətin rəhbəri.

Poloni – konstruktiv müxalifətin nümayəndəsi.

Barbara Rozenkrants – Hamletin sinif yoldaşı, ABŞ Dövlət Departamentinin əməkdaşı.

Olgerd Gildenstern – Hamletin sinif yoldaşı,

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əməkdaşı

Hadisə Skandinaviyada kiçik Dərnəgül qəsəbəsində baş verir.

Klavdi, Poloni, Rozenkrants və Gildenstern saxtakarlıqlarla keçirilən seçkilərdən sonra Hamleti, heç nəyə baxmayaraq, parlamentə getməyə təhrik edirlər.

BİRİNCİ AKT İKİNCİ SƏHNƏ

Kral aparatında zal. Klavdi, Poloni, Rozenkrants və Gildenstern daxil olurlar Klavdi Salam olsun, xanımlar, Rozenkrants və Gildenstern! Sizi görməyi mən çox arzuladım, Bir də ki, bir işçün cağırdım bura. Eşitmiş olarsız, yəqin xəbəri, Hamlet çox dəyişib. Bilmirəm necə Söyləyə bilərəm başqa cür bunu, Tanımaq olmayır nə daxilini, Nə də xaricini. Anlamıram ki, Ata itkisindən güclü hansı hiss Qəlbinə belə bir təlatüm salıb. Rica eləyirəm hər ikinizdən, Məktəb illərindən Hamletə bələd Bir dostları kimi. Boş vaxtınızı Bizdə keçirəsiz, şadyanalıqla Şahzadənin qəmin siz dağıdasız. Bir də ki arada, fürsət düşəndə, Öyrənəsiz görək, bu hansı sirrdir Ona əzab verir, getməyir nədən O da parlamentə. Həm də ki, bizi Boş yerə hər yerdə biabır edir, Elə AŞPada da. Görün bu sirrin – Hamletin dərdinin əlacı varmı?

TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏNİ BASIN

V. Şekspir-zadə «HAMLET bəy» 1601 il


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan