DİNƏ, YAXUD ƏQİDƏYƏ GÖRƏ
DÖZÜMSÜZLÜK VƏ AYRI-SEÇKİLİYİN
BÜTÜN FORMALARININ LƏĞV EDİLMƏSİ HAQQINDA BƏYANNAMƏ
Baş Məclisin 36/55 saylı 25 noyabr 1981-ci il tarixli
qətnaməsi ilə qəbul edilmişdir


 


Baş Məclis


Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsas prinsiplərindən birinə görə ləyaqət və bərabərliyin hər bir insana məxsus olduğunu və bütün iştirakçı-dövlətlərin irqinə; cinsinə, dilinə, yaxud dininə görə fərq qoyulmadan hamı üçün insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət edilməsinə və riayət olunmasına yardım göstərmək və onları təşviq etmək üçün müştərək və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda müstəqil fəaliyyət göstərməyi öhdələrinə götürdüklərini n ə z ə r ə   a l a r a q, 
insan hüquqları haqqında Ümumi bəyannamədə və insan hüquqları haqqında Beynəlxalq paktlarda ayrı-seçkiliyin yol verilməzliyinin və qanun qarşısında bərabərlik prinsiplərinin və fikir, vicdan, din, yaxud əqidə azadlığı hüququnun elan olunduğunu   n ə z ə r ə   a l a r a q,
insan hüquqlarının və əsas azadlıqların, o cümlədən hər hansı qəbildən olan fikir, vicdan, din, yaxud əqidə azadlığı hüququnun inkar edilməsi və pozulmasının bilavasitə, yaxud bilavasitə müharibələrə və bəşəriyyətin ağır iztirablarına səbəb olduğunu - xüsusilə onlar başqa dövlətləri daxili işlərinə qarışmağa xidmət etdikdə və xalqlar və dövlətlər arasında nifrətin qızışdırılmasına gətirib çıxardığını  n ə z ə r ə   a l a r a q,
din, yaxud əqidənin onlara etiqad edən hər bir insan üçün onun həyatı dərk etməsinin əsas elementlərindən biri olduğunu və din, yaxud əqidə azadlığına tam riayət edilməsi və təminat verilməsi olduğunu  n ə z ə r ə      a l a r a q ,
din və əqidə azadlığı məsələlərində anlaşmaya, dözümlüyə və hörmətə yardım göstərməyi və dindən, yaxud əqidədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, digər müvafiq sənədləri və bu Bəyannamənin məqsəd və prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün istifadə olunmasına yol verməməyə nail olmağı v a c i b   s a y a r a q,
din, yaxud əqidə azadlığının, həmçinin ümumi sülhə, sosial ədalətə və xalqlar arasında dostluğa, müstəmləkəçilik və irqi ayrı-seçkilik ideologiyasının və praktikasının ləğv edilməsinə nail olmağa yardım, göstərməli olduğuna  ə m i n   o l a r a q, 
Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin himayəsi altında ayrı-seçkiliyin müxtəlif formalarının ləğv edilməsi haqqında bir neçə konvensiyanın qəbul olunduğunu və onlardan bəzilərinin. qüvvəyə mindiyini razılıqla   q e y d   e d ə r ə k,
din, yaxud əqidə məsələlərində dünyanın bəzi rayonlarında dələ də müşahidə olunan dözümsüzlük və ayrı-seçkilik təzahürlərindən   n a r a h a t   o l a r a q,
bu cür dözümsüzlüyün bütün forma və təzahürlərini ləğv etmək, dinə, yaxud əqidəyə görə ayrı-seçkiliyin qarşısını almaq və onunla mübarizə  ə z m i   i l ə
dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında bu Bəyannaməni təntənəli surətdə e l a n   e d i r:


Maddə 1
1. Hər bir insan fikir, vicdan və din azadlığı hüququna malikdir. Bu hüquq özünün seçdiyi hər hansı dinə, yaxud əqidəyə malik olmaq və öz dininə, yaxud əqidəsinə təklikdə, yaxud başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, ibadətdə, dini mərasim və ayinlərin icrasında və təlimdə etiqad bəsləmək, yaxud onları ifadə etmək azadlığını əhatə edir.
2. Heç kəs özünün seçdiyi dinə, yaxud əqidəyə malik olmaq azadlığını alçaldan məcburiyyətə məruz qalmamalıdır.
3. Dinə etiqad bəslənməsinə, yaxud əqidənin ifadə olunmasına yalnız qanunla müəyyən edilən və ictimai təhlükəsizliyin, asayişin; sağlamlığın və əxlaqın, eləcə də başqa şəxslərin hüquq də azadlıqlarının qorunması üçün zəruri olan məhdudiyyət qoyulur.


Maddə 2
1. Heç kəs dinə, yaxud əqidəyə görə hər hansı bir dövlət, idarə, şəxslər qrupu, yaxud ayrı-ayrı şəxslər tərəfindən ayrı-seçkiliyə məruz qalmamalıdır.
2. Bu Bəyannamənin məqsədləri üçün "dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkilik" ifadəsi dinə, yaxud əqidəyə əsaslanan və məqsədi, yaxud nəticəsi bərabərlik əsasında insan hüquqlarının və əsas azadlıqların tanınmasını, onlardan istifadə olunmasını, yaxud onların həyata keçirilməsini ləğv etmək, yaxud alçaltmaq olan hər hansı fərqləndirmə, istisna, məhdudiyyət, yaxud üstüntutma deməkdir.


Maddə 3
İnsanlara dininə, yaxud əqidəsinə görə ayrı-seçkilik qoyulması insan şəxsiyyətini təhqir edir, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərini inkar etməkdir və insan hüquqları haqqında Ümumi bəyannamədə elan olunmuş və insan hüquqları haqqında Beynəlxalq paktlarda ətraflı ifadə edilmiş insan hüquqlarının və əsas azadlıqların pozulması və dövlətlər arasında dostluq və sülh münasibətlərinə maneçilik kimi pislənilir.


Maddə 4
1. Bütün dövlətlər dinə, yaxud əqidəyə görə ayrı-seçkiliyin qarşısının alınması və ləğv edilməsi, mülki, iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində insan hüquqlarının və əsas azadlıqların tanınması, həyata keçirilməsi və gerçəkləşdirilməsi üçün təsirli tədbirlər görməlidirlər.
2. Bütün dövlətlər, lazım gəldikdə, hər cür belə ayrı-seçkiliyi qadağan etmək məqsədilə qanunvericiliyin qəbuluna, yaxud ləğvinə, həmcinin dinə, yaxud bu sahədə digər əqidələrə görə dözümsüzlüyə qarşı mübarizə üçün bütün müvafiq tədbirlərin görülməsinə dair bütün səyləri göndərirlər.


Maddə 5
1. Valideynlərin, yaxud müvafiq hallarda uşağın qanuni qəyyumlarının ailə çərçivəsində öz dininə, yaxud əqidəsinə uyğun həyat tərzini, həmçinin onların fikrincə, uşağın almalı olduğu mənəvi tərbiyəni müəyyən etmək hüququ var.
2. Hər bir uşaq valideynlərinin, yaxud müvafiq hallarda qanuni qəyyumlarının istəyinə uyğun din, yaxud əqidə sahəsində təhsil almaq hüququna malikdir və din və əqidə sahəsində valideynlərinin, yaxud qanuni qəyyumlarının istəyinin əksinə olan təlimə məcbur edilmir; həm də başlıca prinsip uşağın mənafeləridir.
3. Uşaq dinə, yaxud əqidəyə görə ayrı-seçkiliyin hər hansı formasından qorunur. O, dözümlük, xalqlar arasında dostluq, sülh və ümumi qardaşlıq, başqalarının azadlığına, dininə, yaxud əqidəsinə hörmət etməyə, həmçinin enerji və qabiliyyətini başqalarının xeyrinə xidmətə sərf etməyə borclu olduğunu tam dərk etmək ruhunda tərbiyə olunmalıdır.
4. Əkər uşaq valideynlərinin, yaxud qanuni qəyyumlarının himayəsində deyilsə, onda onların din, yaxud əqidə məsələlərində iradələri, yaxud iradələrinin hər hansı təzahürləri lazımi dərəcədə nəzərə alınmalıdır; həm də başlıca prinsip uşağın mənafeləridir.
5. Uşağın tərbiyə olunduğu din və əqidə praktikası bu Bəyannamənin 1-ci maddəsinin 3-cü bəndinə riayət edilməklə, nə onun fiziki, yaxud əqli sağlamlığına, nə də onun inkişafına xələl gətirməməlidir.


TAM MƏTN ZİP FİLE-dadır


  

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan