Con Roulz, Xalqların Qanunu


    (Qeyri-ideal nəzəriyyə) (1999)


   


    İçindəkilər


    - Con Roulzun Ölümünə, A. Svetkov


    - Roulz nəyimizə lazımdır? Mixail Qabovich


    - Xalqlar Qanun, C.Roulz


   


    Azadlıq Radiosu/Atlantika gündəliyi, 17-12-02.


    Con Roulzun ölümünə


    Siyasi Heyvan


    Aleksey Svetkov


    Tərcuməçi: Natiq Səfərov.


    Redaktor: Hikmət Hacızadə.


   


    Bu yaxınlarda dünyasını dəyişmiş Con Roulz (1911-2002) gənclik illərində son dərəcə istedadlı idmançı idi. O, Prinston universitetinin futbol komandasında oynayırdı və buradan birbaşa professional idmana – şöhrət və qibtə ediləsi pullara yol açılırdı. Lakin Roulz özü üçün fəlsəfə yolunu seçdi və o, 92 yaşında vəfat edərkən, dünyanın bütün məşhur qəzetləri bu xəbərə öz səhifələrində, bəziləri isə birinci səhifədə yer ayırdılar. Nekroloq janrının məlum qeyri-obyektivliyinə müəyyən güzəşt etməklə, belə bir fikri sitat gətirmək olar ki, dünya XX əsrin aparıcı mütəfəkkirini – İmmanuel Kanta, yaxud Con Stüart Millə bərabər ediləsi bir simanı itirmişdir. Hətta Fransada – özünü dünya mədəniyyətinin mərkəzi, Amerikanı isə vəhşi kovboyların at oynatdığı intellektual səhra sayan bir ölkədə də “Mond” qəzeti mərhum haqqında “zəmanəmizin ən görkəmli mütəfəkkirlərindən biri” kimi danışmış və onu “ədalətin keşikçisi” adlandırmışdır.


    Con Roulz Merilend ştatında görkəmli hüquqşünas ailəsində doğulub. Öz dövrü və cənub mənşəyi üçün səciyyəvi irqi xurafat əsarətində olan atasının baxışları gənc Roulzun qəlbində silinməz ağrı və xəcalət izi qoyub. Roulzun anası qadın hüquqları uğrunda mübarizənin fəallarından idi, – həmin dövrdə ABŞ-da qadınlara yenicə seçki hüququ verilmişdi. Beləcə, liberal cəmiyyətdə azlıqların taleyi lap erkən çağlardan gələcək filosofun diqqət mərkəzində idi.


    Vaxtı ilə Roulz keşiş olmaq istəyirdi, lakin son nəticədə fəlsəfə üzərində dayandı. O, Prinston Universitetini bitirdikdən sonra orduya, piyada qoşunlarında xidmət etməyə getdi və və İkinci dünya müharibəsinin Sakit okean cəbhələrində sıravi əsgər kimi döyüşdü. Onun bütün sonrakı həyatı ali təhsil ocaqlarında – Prinston Universiteti, Massaçuset Texnologiya İnstitutu və nəhayət 60-cı illərin əvvəllərindən başlayaraq artıq axıra qədər Harvardın divarları arasında keçdi.


    Hələ 18-ci əsrin məşhur filosof-skeptiki Devid Hyum belə bir sual vermişdi: “Ehtiras və mənafelərimizin təhrif edə bilmədii universal mənəvi qaydaların bərqərar olması mümkündürmü?” Bu suala cavab verməyə cəhd edənlər arasında bəşər tarixinin ən böyük filosoflarından biri olan İmmanuel Kant da var idi.


 


TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏNİ BASIN


    


 

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan