GÜC VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR (2002) DAVID A.BALDWIN


Siyasətin təriflərinin əksəriyyətinə güc daxildir. Beynəlxalq qarşılıqlı təsirlərin əksəriyyəti siyasidir və ya siyasi qollara malikdir. Ona görə də beynəlxalq qarşılıqlı təsir haqqında Fukididdən günümüzə qədər aparılan müzakirələrdə gücün həmişə nəzərdə olması təəccüblü deyil. Lakin, beynəlxalq əlaqələrdə gücün rolu barədə müzakirələrin uzun tarixi razılıq əldə etmək məsələsində o qədər də uğurlu olmamışdır. Alimlər təkcə gücün rolu ilə deyil, həm də onun təbiəti (xarakteri) ilə əlaqədar bir-biri ilə razılığa gəlmirlər. Alimlərdən biri bildirir ki, güc beynəlxalq siyasətin realist nəzəriyyələrində ən əsas anlayışıdır, hərçənd ki, «onun uyğun tərifi ziddiyyətlər üçün yer qoyur» fikrini də qəbul edir (Waltz, 1986: 333). Robert Gilpin güc anlayışını «beynəlxalq əlaqələr sahəsində ən xoşa gəlməyənlərdən biri kimi» (1981: 13) təsvir edir və hesab edir ki, «təriflərin miqdarı və müxtəlifliyi siyasət alimləri üçün əngəl olmuşdur» (1975: 24). Bununla belə, beynəlxalq əlaqələr tədqiqatçıları arasında həm gücün roluna müraciət etmək zərurəti, həm də bu mövzu haqqında biliklərin kifayət qədər olmaması məsələsində geniş qəbul edilmiş razılıq vardır (Guzzini, 2000). Güc, təsir, nəzarət (idarə etmə), zor (məcburiyyət), qüvvə, dilə tutma (inandırma), çəkindirmə (qorxutma), vadar etmə, təhrik və sair kimi güc terminləri arasında fərq qoymaq adətən faydalı olsa da, bütün bu cür terminlərin əsasında duran ümumi elementləri müəyyən etmək mümkündür. Robert A. Dahl (1957) güman edir ki, belə ifadələrin əksəriyyətinin əsasında dayanan intuitiv təməl «B-nin başqa halda etməyəcəyini etməsinə A səbəb olur» ideyasıdır. (Sonrakı müzakirələrdə «A»-ya təsirə malik və ya təsiri tətbiq edən; «B»-yə isə təsirə məruz qalan aktyor kimi iqtibas edilir.) Gücün çoxlu sayda alternativ tərifləri olsa da, qəbul edilmə miqyasına görə heç biri buna rəqib deyil. Sonrakı müzakirədə, xüsusi olaraq qeyd edilmədikdə «güc» ifadəsi geniş, ümumi, «təsir» və ya «nəzarət (idarə etmə)» terminləri ilə qarşılıqlı əvəz edilə bilən mənada istifadə ediləcəkdir. Belə istifadə bu terminlərin başqa məqsədlərlə istifadəsi zamanı onlar arasında fərq qoyulmasının düzgünlüyü və ya faydalılığının inkar edilməsini nəzərdə tutmur.


TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan