BEYNƏLXALQ ƏLAQƏLƏRDƏ FEMINIST BAXIŞLAR (2002)


J. ANN TICKNER


Digər ictimai elmlərlə müqayisədə feminist perspektivlər beynəlxalq əlaqələr (BƏ) fənninə nisbətən gec – 1980-ci illərin axırında daxil olmuşdur. BƏ-nin bu qədər uzun müddət cins məsələsinə niyə peyvəndə (immunitetə) malik olmasını soruşan Margot Light və Fred Halliday fərz etmişdilər ki, BƏ alimləri cinsə (gender-ə) beynəlxalq əlaqələrə uyğun olmayan millətdaxili problem kimi baxmağa meyl etmişlər; beynəlxalq əlaqələrə “cinsi mənada neytral» kimi baxılmışdır ki, bu da onun kişilər haqqında olduğu qədər, qadınlar haqqında da olması mənasını daşıyır (Light və Halliday, 1994: 45). Diqqətinin mərkəzində «yüksək» müharibə siyasəti duran fənn kişilərin təcrübəsindən doğan imtiyazlı problemlərə malikdir; biz belə bir inama uyğunlaşdırılmışıq ki, müharibə və güc siyasəti kişilərə xüsusilə yaxın olan və kişilərin xüsusi qabiliyyətə malik olduqları sahələrdir və ona görə də bu dünyanın təsvir edilməsi və onun haqqında sərəncam verilməsində onların səsi güman ki daha uyğundur (Tickner, 1992: 4-5). Feminist perspektivlərin fənnə Soyuq Müharibənin başa çatması və BƏ-nin yaranmasından bəri onda üstünlük təşkil etməyə meyl göstərən hərbi təhlükəsizlik problemlərinin tədricən azalması ilə bir zamanda daxil olması sadəcə üst-üstə düşmə deyildir. Əvvəllər Şərq-Qərb rəqabətinin kölgəsində qalan etnik münaqişə, iqtisadi qloballaşma, demokratikləşmə və insan haqları kimi bir çox problemlər 1980-ci illərin axırında BƏ gündəliyinə çıxmağa başladı. Beynəlxalq siyasət heç vaxt yalnız dövlətlər arasında əlaqələr haqqında olmasa da, getdikcə daha çox beynəlxalq təşkilatlarla beynəlmiləl korporasiyalar, sosial hərəkatlar və beynəlxalq qeyri-hökumət təşkilatları kimi qeyri-dövlət aktyorları arasında münasibətlər terminlərində müəyyən edilməyə başladı. Problemlərin bu geniş dəsti və qlobal siyasətin daha hərtərəfli tərifi feminist yanaşmalar üçün giriş nöqtəsi yaratdı. Qadınlar həmişə beynəlxalq siyasətin iştirakçıları olsalar da dövlət hakimiyyəti zallarında onların səsi çox nadir eşidilirdi. Ona görə də, onların adətən sosial hərəkatlar kimi qeyri-hökumət qurum-larında yer almış beynəlxalq iştirakı bu daha geniş çərçivəyə daha uyğun gəlir.


TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan