“ABŞ demokratiyası haqqında əsas mətnlər”. Melvin Urovski Tərcümə və redaktə FAR CENTRE , redaktor hikmət Hacızadə


“Nifaqın Böldüyü Yurd” (1858) Avraam Linkoln


İllinoys Ştatından olan senator Stiven Duqlas (Stephen Douglas) Kanzas və Nebraska ştatları barədə qanun layihəsini Konqresin müzakirəsinə çıxarandan yalnız üç il sonra Dred Skott barədə qərar qəbul olundu. Bu, o vaxtlar idi ki, transkontinental yolun çəkilməsi lehinə ictimai təzyiq artmaqdaydı. Cənub ştatlarından olan nümayəndələrsə onlara öz qullarını da özləriylə aparmaq üçün əlavə ərazilər verilməyincə, həmin tikintidən ötrü vacib sayılan qanunvericiliyi ləngitməkdə israrlı idilər. Duqlas yerli əhalinin xeyir-duası ilə Luiziananın şimalında kölə məsələsinin həlli barədə təklif irəli sürdü. “Xalq suverenliyi” adı ilə tanınan həmin düstur, demokratik görsəndiyindən müvəqqəti də olsa həm Cənubu, həm də Şimalı qane eləyirdi. Duqlas hesab edirdi ki, quldarlığın ləğvi və ya saxlanması ştatların əhalisinin rəyindən asılı olmalıdır. Ancaq Dred Skott məsələsində Ali Məhkəmə, qərar çıxardı ki, yeni ərazilərdə köləliyi qadağan etməyə heç də Konqresin ixtiyarı yox imiş və bununla da “xalq suverenliyi” düsturunun üstündən xətt çəkilmiş oldu. Şimaldakı ştatlar tədricən o nəticəyə gəldi ki, heç də yeni ərazilərdə quldarlığı qadağan etməklə iş bitmir, bəlanın mənbəyi “köləlik institutu”nun özündədir. Bununla belə quldarlığın büsbütün ləğvi bir çox mötədillərin kürkünə birə saldı. Onlar hesab edirdilər ki, əgər Cənubda köləlik qadağan olunarsa, belə şey İttifaqın dağılmasına aparıb çıxara bilər. Mötədillər düşərgəsində Avraam Linkoln da vardı. O quldarlığın geniş yayılmasına qarşı çıxsa da, bununla bərabər o fikirdə idi ki, harada quldarlıq varsa, eləcə qalmalıdır. Linkoln ümid bəsləyirdi ki, quldarlığın əhatəsini daraltsan, o öz-özünə yox ola bilər. 1858-ci ildə yeni Respublika partiyası “xalq müstəqilliyi” doktrinasının müəllifi olan Stiven Duqlasın Senatdakı yerinə Linkolnun namizədliyini irəli sürdü. Həmin payız Linkolnla Duqlas arasında keçirilən debatlar ictimaiyyətin diqqətini özünə cəlb elədi və Linkolnu Respublika partiyasından 1860-cı il seçkilərində ölkə prezidentliyinə ən nüfuzlu namizədə çevirdi. Belə ki, 1858-ci ilin 17 iyununda, Respublika partiyasının qurultayının bağlanmasında söylədiyi nitqdə Linkoln həm Şimallı nümayəndələrin quldarlığın mənəvi problemindən narahatlığını, həm də İttifaqı saxlamaq istəyənlərin könlünü görməyə müvəffəq oldu. “Nifaqın böldüyü yurd” ifadəsi əvvəllər işlənsə də, Linkolnun nitqindən sonra daha geniş yayıldı.


TAM MƏTNİ OXUMAQ ÜÇÜN YUXARIDAKI YAŞIL DÜYMƏSİNİ BASIN

 

 


All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan